Camaat namazında duran, öz çətinliklərinin düyününü açar
Həm Quran ayələri və həm də hədislərimiz namazı İslam dininin sütunu adlandırır və ona xüsusi əhəmiyyət verir.
Bu ibadət əgər cəm halında yerinə yetirilərsə, savabı minlərlə qat artır və bir çox çətinliklər üçün açar olur. O kəslər ki, namazı yüngül hesab edirlər, onları həm bu dünyada və həm də axirətdə ağrılı əzablar gözləyir. O kəslər ki, camaat namazında iştirak edər, sanki Peyğəmbərin (s) arxasında cihad edənlərin ilk sırasında qərar tutar. Hədislərimiz buyurur ki, əgər on nəfər bir yerdə camaat namazı qılarsa, heç bir mələk bu ibadətin savabının miqdarını yazmağa qadir olmaz. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər ümmətim üçün çətin olmasaydı, bir neçə məsələni vacib edərdim ki, onların birincisi camaat namazıdır”. Məsumlarımız (ə) ona görə camaat namazına bu qədər əhəmiyyət verirlər ki, insanlar bir-birinin çətinlikləri ilə tanış olur və bir-birinə həmdəm olurlar. O cavan ki, camaat namazının ilk sırasında qərar tutar, öz çətinliklərinin düyününü açar. Bunu Uca Allah vəd etmişdir. Ona görə də hələ ki, fürsət var, bu İlahi nemətdən bəhrələnək və cəm halında edilən dualarda iştirak edək. Bu kimi namazlar həm ruhumuzu paklayar, həm də dünya çətinliklərimizin aradan qalxmasına yardım edər. /Deyerler.org/ Oxşar xəbərlər
|