QADININ ƏRİNƏ QULLUĞUNUN SAVABI
Mьəllif: admin1
Tarix: 13-04-2024, 10:31
QADININ ƏRİNƏ QULLUĞUNUN SAVABI
Qadının əri ilə yola getməsi, ev işlərində səbirli olması, ailənin səfa-səmimiyyətini, məhəbbətini əldə etməkdə, övladın düzgün tərbiyəsində son dərəcə təsirli olmaqdan əlavə, axirət savabına da malikdir.

Övlad tərbiyəsində evin daxili işlərində və əri razı salmaqda müəyyən tədbir görən, bu yolda hətta cuzi işləri də görən bir qadın cəhənnəmin qaplarını öz üzünə bağlayır, behiştin qapılarını öz üzünə açır və Fatimeyi-Zəhranın (s.ə.) razılığını qazanır.

İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) buyurur ki, səliqə -sahman yaratmaq məqsədi ilə mənzil avadanlıqlarının yerini dəyişən bir qadın hər şeyi yerindən dəyişdirsə, Allah-taala ona rəhmət və lütf nəzəri salar; hər kəsə də pərvərdigari-aləm lütf nəzəri salsa, onu cəhənnəmdə yandırmaz.”

İmam Sadiq (ə) ərə qulluq etməyin savabı barəsində buyurur: “Hər qadın ərinə (içməyə) bir qab su versə, bu əməlin mükafatı gecələri səhərə qədər ibadət olunan, gündüzləri oruc tutulan bir illik ibadətdən daha üstündür. Allah-taala behiştdə onun üçün bir şəhər mərhəmət edər, 60 günahını bağışlayar.”

Rəsuli-Əkrəm (s) buyurur: “Xoş o qadının halına ki, əri ondan razıdır. Onun məqamını başqaları üçün arzu edərlər. Ərin öz zövcəsindən razılığı onun (zövcəsinin) məqamını yüksəldir.”

İmam Sadiq (ə) buyurur: “Hərgah bir qadın öz ərini bir dəfə narahat etsə, nə qədər ki, əri ondan razı olmayıb, onun ibadətləri qəbul olunmur.”

Bu hədis ciddi şəkildə qadınları evin idarəçiliyinə, övlad tərbiyəsinə, ərin hüquqlarına riayət etməyə təşviq edir, ərinə itaət edən əməlisaleh qadınlara ən yüksək mükafat vədi verir, ərinin qəzəblənməsinə səbəb olan, ev işlərində, vəzifəsini yerinə yetirməyib səhlənkarlıq edən qadınları isə şiddətlə məzəmmət edir, cəhənnəm əzabı və yaxşı əməllərinin heçə getməsi ilə onları təhdid edir.

Buna əsasən, layiqli və yaxşı qadınlar onlardır ki, öz vəzifələrini layiqincə yerinə yetirib yaxşı əxlaqla ərlərinə hörmət etsinlər, ailənin səfa-səmimiyyətinə həmişəlik zəmanət versinlər, məhəbbət dolu ailələrdə ədəbli və cəmiyyət üçün işgüzar və ürəyiyanar övladlar tərbiyə etsinlər.

FATİMƏNIN HÜZURUNDA

Ər saxlamğın, həyat çətinliklərinə dözməyin mükafatlarından biri də Fatimeyi-Zəhranın (s.ə.) mübarək hüzurunda olmaqdır. Ərinin razılığını qazanan, evin çətinliklərində ona kömək edən qadın axirət aləmində yüksək məqamlara çatacaqdır.

İmam Sadiq (ə) buyurur: “Qadınlardan iki dəstəsi, bərzəx aləmində qəbir sıxıntısı və qəbir əzabından azad olacaq, qiyamət günü də Fatimeyi-Zəhra (s.ə.) ilə birlikdə məşhur olacaqlar (diriləcəklər) və onlardan hər birinə min şəhidin və Allaha minillik ibadətin əvəzi veriləcəkdir:

O qadındır ki, iman cəhətindən elə bir mərtəbəyə çatsın ki, ərinin sonrakı qadınla evlənməsi onun həyatına təsir etməsin, ərinə olan məhəbbətinə xələl gətirməsin.

O qadın ki, ərinin köbud rəftarına, bədəxlaqlığına dözsün, öz vəzifəsini yerinə yetirməkdə səhlənkarlıq etməsin.

O qadın ki, öz mehriyyəsini ərinə bağışlasın.”

Bu hədisdə səbirli qadınlar üçün çoxlu imtiyazlar verilmişdir. Fatimeyi-Zəhranın (s.ə.) yanında qərar tutmaqdan, qəbir əzabından azad olmaqdan əlavə, onların ər saxlamağının mükafatı da İslam döyüşçülərinin cihadından üstün, savab da onlardn artıq olacaqdır.

Belə qadınlara min mücahid əsgərin savabı veriləcəkdir. Çünki ər evində səbirlilik göstərməsi, ərin razılığını cəlb etməsi onun üçün ən böyük imtiyazdır və bu məsələ hədislərdə də gəlmişdir. Biz onlardan ikisini qeyd etməklə kifayətlənirik.

İmam Sadiq (ə) buyurur: “Qadın üçün heç bir şəfaət (qiyamətdə bağışlanması üçün vasitəçilik) ərinin razılığını qazanmaq qədər faydalı və səmərəli deyildir. Xoş olsun qadının halına ki, öz islami rəftarı və məxsus məhəbbətləri ilə ərinin məhəbbətini özünə cəlb etsin və onu özündən razı salsın.”

Həzrəti İmam Məhəmməd Baqir (ə) buyurur ki, anası Fatimeyi-Zəhranın (s.ə.) şəhadətindən sonra həzrəti Əli (ə) onun cənazəsinin yanında dayanıb Allaha ərz etdi: “Xudavənda! Bu sənin peyğəmbərinin qızı Fatimeyi-Zəhradır (s.ə.) və ondan razılığımı bildirirəm. Pərvərdigara! Onu qəbrini vəhşətdən və övladlarından uzaq olması vəhşətindən hifz et. Xudavənda! Ona zülm edilər, Sən özün onlarla Fatimeyi-Zəhra (s.ə.) arasında hökm et.”

Bütün bunlar göstərir ki, ərin razılığı və onun şəfaəti həyat yoldaşının dərəcəsinin yüksəlməsində, hər çənd Fatimeyi-Zəhra (s.ə.) kimi qiyamət gününün şəfaətçi olsa belə, təsirlidir.

Fatimeyi-Zəhranın (s.ə.) özü və onun anası Xədiceyi-Kübra (s.ə.) aləm qadınlarının ən yaxşısı olmaqla eyni zamanda, ölüm anlarında axirət fikrində olmuş və öz ərlərinin onlardan razı olmalarını istəmişlər, beləliklə də İslam ardıcıllarına həyat dərsi vermişlər.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930