Təxəllinin (ayaqyoluna getməyin) hökmləri
İnsan gərək ayaq yoluna oturan zaman (yəni sidiyə gedən və ya bayıra çıxan vaxt) üzü və ya arxası qibləyə olmasın. Vacibdir insan istər ayaqyolunda istərsə də başqa vaxt həyat yoldaşından başqalarının qarşısında, istər məhrəm, istərsə də naməhrəmlərin, istər kişi, istərsə də qadınların hətta həddi-büluğa çatmayan amma yaxşını və pisi seçə bilən (müməyyiz) uşaqların gözü önündə öz övrətini (ayıb yerlərini) örtsün. Amma ər və arvada lazım deyil öz övrətlərini biri birindən örtsünlər. Təxəllinin bəzi məkruhları Aşağıda göstərilən işlər təxəllinin məkruh əməllərindəndir: 1. Ayaqüstü sidiyə getmək; 2. Bərk yerin üzərinə sidiyə getmək; 3. Suya, xüsusilə sabit və axarı olmayan suya sidiyə getmək; 4. Sidiyin və bayıra çıxmağın qarşısını almaq; 5. Küçələrdə, insanların gediş-gəliş yollarında və meyvə ağaclarının altında təxəlli etmək. İstibra (sidik kanallarının şəri qaydada təmizlənməsi) Kişilər sidiyə getdikdən sonra istibra deyilən iş yerinə yetirilərsə, bu işdən sonra sidik kanalından xaric olan rütubətin sidik olub-olmamağını bilməsələr (bilməyə ki, sidikdir yoxsa başqa rütubət) onun pak olmasına hökm olunur və bu barədə (yəni onun sidik ya başqa rütubət olması barədə) axtarış etmək lazım deyil. İstibra vacib deyil hətta əgər birinə zərər edərsə caiz deyil, məsələn, ola bilsin sidik kanalında yara var və bu iş onun sağalmağını təxirə salır. Hər halda sidiyə getdikdən sonra istibra etməsə, sonra sidik kanalından şübhəli rütubət xaric olsa sidik hökmündədir. İstibranın ən yaxşı üslubu budur ki, sidik kəsildikdən sonra, əgər ğaitin məxrəci də nəcis olubdursa (yəni bayıra da çıxıbdırsa) əvvəlcə onu pak etməli, sonra üç dəfə sol əlin orta barmağı ilə ğaitin məxrəcindən alətin kökünə qədər çəkməli və daha sonra baş barmağı alətin üzərinə onun yanındakı barmağı da altına qoyaraq, üç dəfə alətin başına qədər çəkməlidir. Sonra yenə də üç dəfə alətin başını sıxmalıdır. Ğaitin məxrəcini pakladıqdan sonra edilən istibra ilə ondan qabaq edilən istibra arasında keyfiyyət və necəlik baxımından heç bir fərq yoxdur. Əgər bir şəxs sidiyə getdikdən və istibra etdikdən sonra dəstəmaz ala və sonra sidik (bövl) və sperma (məni) arasında şəkk etdiyi bir rütubət xaric olarsa, hədəsdən təharətin hasil olmasına yəqin etmək üçün vacibdir həm qüsl etsin və həm dəstəmaz alsın. İnsandan bəzi vaxtlar xaric olan rütubətlər -Məni (sperma) xaric olduqdan sonra gələn rütubət; bu rütubətə “vəzy” deyilir. -Bəzi hallarda sidikdən sonra gələn rütubət; bu rütubətə “vədy” deyilir. -Kişi və qadının mazaqlaşması zamanı gələn rütubət; bu rütubətə “məzy” deyilir. Yuxarıda qeyd olunan rütubətlərin hamısı pakdır və təharətin (qüsl və dəstəmazın) pozulmasına səbəb olmur. İstinca (bövl və ğaitin məxrəcinin pak edilməsi) Bövlün məxrəci (sidik çıxan yer) sudan başqa bir şeylə pak olmur və vacib ehtiyata əsasən qəlil suyla iki dəfə yuyulmalıdır. Ğaitin məxrəcini iki yolla pak etmək olar: 1. Nəcasət aradan gedənədək suyla yumaq, bundan sonra suya çəkməyə ehtiyac yoxdur. 2. Üç tikə pak daş ya parça və bu kimi şeylə silməklə nəcasəti təmizləməli və əgər üç tikə ilə nəcasət aradan getməsə əlavə tikələrlə nəcasəti tam şəkildə aradan aparmalıdır. Ğaitin məxrəci üç halda təkcə suyla paklanır və daş və bu kimi şeylərlə paklanmır: 1. Əgər ğaitlə birlikdə qan kimi başqa nəcasət bayıra gələ; 2. Əgər xaricdən başqa bir nəcasət ğaitin məxrəcinə dəyə; 3. Ğaitin məxrəcinin ətrafı normadan artıq bulana (başqa sözlə ğait məxrəcdən əlavə başqa yerlərə dəyə). Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır. Ahlibeyt.ge Oxşar xəbərlər
|