Nimeyi-Şəban gecəsinin əməlləri
Mьəllif: admin1
Tarix: 7-03-2023, 10:45
Nimeyi-Şəban gecəsinin əməlləri
Nimeyi-Şəban, yəni şəbanın 15-ci gecəsidir. Nimeyi-Şəban ("şəbanın ortası”) gecəsi Qədr gecəsindən sonra ən fəzilətli gecədir.

Həzrət Rəsuləllah (s) buyurub ki, bu gecə (gələn il üçün) ruzi payı və ömür müddəti təyin edilər, qismətlərə Həcc yazılar. Həmin gecənin bəzi əməlləri barədə Sizə məlumat vermək istərdik:

1. Qüsl almaq. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.

2. Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq.

3. İmam Hüseynin (ə) ziyarəti. Üstü açıq dama çıxııb, sağ və sol tərəfə baxdıqdan sonra, başı göyə tərəf tutub bu kəlmələrlə İmam Hüseynə (ə) salam etmək lazımdır:

السلام عليك يا اباعبدالله السلام عليك و رحمة الله و بركاته
[Əssəlamu ələykə, yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh]

"Salam olsun sənə ey Əba Abdillah. Allahın salamı, rəhməti və bərəkəti olsun sənə”

Harada olmağından asılı olmayaraq, hər kim bu qayda ilə Həzrə İmam Hüseyni (ə) ziyarət etsə, onun üçün Həcc və ümrənin savabı yazılar.

4. "Kumeyl" duasını oxumaq.

5. Aşağıdakı zikrlərin hər birini yüz dəfə demək:

«Subhənəllah», «Əlhəmdulilləh», «Əllahu əkbər», «Lə iləhə illəllah».

6. Quran oxumaq. Xüsusi ilə 3 dəfə "Ya sin” surəsinin oxunması tövsiyə olunur. Bu əməl gələn il müddətində fəqirlik, bəla və xəstəlikləri dəf edər, ömrü uzadar.

7. Cəfər Təyyarın namazını qılmaq.

Bu namaz 4 rükətdir (2 dəfə 2 rəkət). Birinci iki rükətlik namazın 1-ci rükətində "Həmd”dən sonra "Zəlzələ” surəsi, 2-ci rükətində isə "Həmd”dən sonra "Adiyat” surəsi oxunur. İkinci iki rükətlik namazıən 1-ci rükətində "Həmd”dən sonra "Nəsr” surəsi, 2-ci rükətində isə "Həmd”dən sonra "İxlas” surəsi oxunur.

Hər rükətdə qiraətdən sonra (yəni Həmd-surəni dedikdən sonra və rükuya getməmişdən öncə) 15 dəfə, hər rükuda 10 dəfə, hər dəfə rükudan qalxdıqdan sonra 10 dəfə, hər rükətdə hər iki səcdədə 10 dəfə, hər rükətdə hər iki səcdədən sonra 10 dəfə "təsbihati-ərbəbə” deyilir:

سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ

[Subhanallahi vəl-həmdu lil-lahi və la ilahə illəl-lahu vəl-lahu əkbər]

"Allah bütün nöqsanlardan pakdır və həmd olsun Allaha və Allahdan başqa məbud yoxdur və Allah ən böyükdür”

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031