NƏCASƏT
Mьəllif: admin1
Tarix: 3-05-2018, 11:58
NƏCASƏT
Doqquz şey nəcisdir:

1.Bövl (sidik) 2.Ğait 3.Məni (sperma) 4.Murdar 5.Qan 6.İt 7.Donuz 8.Məstedici içkilər (vacib) ehtiyata əsasən 9.Səmavi bir dini qəbul etməyən kafirlər.

Şəriət sahibi nəcasətinə hökm etmədiyi bütün şeylər pakdır.

1-2.Bövl (sidik) və ğait

İnsanın və əti haram və atıcı qanı (istiqanlı) olan hər bir heyvanın sidiyi və ğaiti nəcisdir. Amma əti haram olan quşların ifrazatı pakdır.

Əti halal olan heyvanların (quşların və digər bütün heyvanların) bövl və ğaiti pakdır.

3.Məni (sperma)


İnsanın mənisi nəcisdir.

Əgər bir şəxs sidiyə getdikdən sonra istibra edə və sidiklə yanaşı məni olub-olmamasını bilmədiyi başqa bir maye xaric ola, əgər xaric olan zaman məninin şəri xaricolma nişanələri olmazsa məni hökmündə deyil və pakdır.

Kişilərdə mayenin şəhvətlə xaric olması, atıcı və təzyiqlə xaric olması və bədənin süst olması məninin xaric olmasının şəri nişanələridir. Qadınlarda isə mayenin təkcə şəhvətlə xaric olması məninin şəri nişanəsidir.

4.Murdar (meyit, ölü cəsəd)

İnsanın murdarı (meyit, ölmüş insanın cəsədi) istər müsəlman olsun, istərsə də kafir, dırnaq, tük və diş kimi ruhsuz hissələrindən başqa yerləri nəcisdir.

Müsəlmanın murdarı (meyiti) iki halda pakdır:1-Mərəkə şəhidi ola (döyüş meydanında şəhid ola). 2.Qüslü verilmiş ola.

Kitab əhli olmayan kafirlərin murdarının (meyitinin) bütün üzvləri nəcisdir.

İt və donuzun murdarının bütün hissələri nəcisdir.

İt və donuzdan qeyri atıcı qanı olan heyvanların şəri qaydaya uyğun kəsilmədikləri halda ət və dəri kimi ruhu olan hissələri nəcisdir, amma tük və buynuz kimi ruhu olmayan hissələri pakdır. Atıcı qanı olmayan heyvanların (murdarının) bütün hissələri pakdır.

Əllərdən, ayaqlardan, dodaqlardan və bədənin sair yerlə-rindən öz-özünə ayrılan hissələr pakdır.

İslami mühitlərdə satılan heyvan əti, dərisi və sair hissələri pakdır. Həmçinin bu qeyd olanlar müsəlmanın ixtiyarında (məsələn, əlində, evində yaxud dükanında) olarsa onların pak olmağına hökm olunur.

(Habelə) əgər qeyri-müsəlman ölkələrindən (heyvanın ət, dəri və piyi kimi ruhu olan hissələri) gətirilərsə və o heyvanın şəri qayda ilə kəsilməməsinə yəqin edilməzsə, onların pak olmağına hökm edilir, başqa sözlə o vaxt nəcisdir ki, qeyri-şəri qayda ilə kəsilməsi bəlli olsun, amma şəri qayda ilə kəsilməsi ehtimalı verilərsə pakdır.

5.Qan

İnsanın və atıcı qanı olan hər bir heyvanın qanı nəcisdir, istər əti haram olsun, istərsə də halal.

Heyvan zibh olduqdan (şəri qayda ilə kəsildikdən sonra) onun bədənində qalan qan pakdır.

Bəzən yumurtanın içində olan qan ləkəsi pak, lakin yeyilməsi haramdır.

6-7. İt və donuz

İt və donuz nəcisdir və bu hökmdə onların ruhu olan və olmayan hissələri fərq etmir.

Qab yumaq, dəstəmaz almaq və qüsl vermək kimi təharət (pak olması) şərt olan işlərdə it və donuzun tükündən (yaxud başqa hissəsindən) istifadə etmək caiz deyil, rəsm çəkmək (yaxud rəng vurmaq) üçün işlədilən fırça kimi təharət şərt olmayan (əşyalarda) işlədilməsinin eybi yoxdur.

8.Məstedici içkilər

Məstedici içkilər (vacib) ehtiyata əsasən nəcisdir.

Həşiş (və tiryək) kimi maye olmayan məstedicilər su qatmaqla maye halına düşsə də nəcis deyil.

Odda qaynayan üzüm suyunun üçdən iki hissəsi azalmasa, əgər məstedici olmazsa, nəcis deyil, amma onu yemək haramdır.

Əgər bir miqdar qoranın içində bir neçə üzüm dənəsi də olmaqla su onun hamısını əhatə edə, belə ki, üzüm dənəsi çox az olduğu üçün abqoranın içində bir cür aradan gedə ki, artıq ona üzüm suyu deyilməyə, belə olan halda qaynamaqla haram olmaz, amma bir üzüm dənəsi odda qaynamaqla haram olur və onu yemək olmaz.

9.Kafir

Tövhid ya nübuvvət yaxud namaz və oruc kimi dinin zərurilərindən birini inkar edən və ya Rəsuli-əkrəmin (s) risalətində (hər hansı bir) nöqsana etiqadı olan şəxs kafir və nəcisdir. Amma kitab əhli nəcis deyil.

Dinin zərurilərindən birini inkar etmək o zaman küfrə səbəb olur ki, risaləti (peyğəmbərin din gətirməsini) ya Rəsuli-əkrəmi (s) təkzib etməyə və ya şəriətə nöqsan gətirməyə səbəb olsun.

Kitab əhlindən olan kafirin pak olmasına hökm olur (pakdır) .

Sonuncu Peyğəmbərin (s) təkcə nübuvvətinə etiqad bağlamaq islam hökmünün ona aid olmasına kifayət etmir, buna görə də, etiqadi baxımdan sonuncu Peyğəmbərə (s) iman gətirən, lakin öz ata-babaları kimi əməl edən kitab əhli müsəlman sayılmır, baxmayaraq ki, kitab əhli olduğu üçün pakdır.

Müsəlman mürtəd olarsa (islam dinindən çıxarsa) həm kafir həm də nəcisdir, amma təkcə namazı, orucu və sair şəri vacibləri tərk etmək mürtəd olmağa nəticədə kafir və nəcis olmağa səbəb olmur və nə qədər ki, belə bir şəxsin mürtəd olmağı aşkar edilməyibsə müsəlman hökmündədir.

“Əliallahi” firqəsi Əmirəl-möminin Əli ibn Əbutalibin Allah olmasına (təaləllahu ən zalikə uluvvən kəbira) yaxud onun şəriki olmasına etiqadları olarsa, kafir və nəcisdir.
Məsum İmamlardan (ə) hər hansı birinə söyüş verən yaxud təhqir edən şəxs kafir və nəcisdir.

Azğın “Bəhaiyyət” firqəsinin bütün ardıcılları kafir və nə-cisdir.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930