RİYAKARLIQ (İBADƏTDƏ ÖZÜNÜ BAŞQALARINA GÖSTƏRMƏ)
Mьəllif: admin1
Tarix: 12-07-2020, 11:52
RİYAKARLIQ (İBADƏTDƏ ÖZÜNÜ BAŞQALARINA GÖSTƏRMƏ)
Quran:

«Öz yurdlarından təkəbbürdən məst halda, özlərini xalqa göstərmək üçün çıxanlar və başqalarını Allah yolundan çəkindirənlər kimi olmayın. Allah onların etdiklərindən ağahdır.»

Allahın Peyğəmbəri (s):«Vay olsun, dini dünya malından ötrü vasitə edənlərə! Öz yumşaq dilləri ilə insanların qarşısına quzu cildində çıxarlar, sözləri baldan şirindir, qəlbləri isə canavar qəlbidir. Allah-taala buyurmuşdur:«Mənə (rəhmətimə) lovqalanırlar?!»

Allahın Peyğəmbəri (s):«Mələk bəndənin əməllərini sevinə-sevinə yuxarı aparar. Yaxşı əməllərini yuxarı çatdırdıqda, Allah-taala buyurar:«Onları siccindəyerləşdir. Bu əməllər Mənə xatir olmayıb.»

Allahın Peyğəmbəri (s): «Qiyamət günü riyakara nida gələr: «Ey pis əməl sahibi! Ey yalançı! Ey riyakar! Əməlin bərbad oldu, savabın ara¬dan getdi. Get, öz savabını, əməllərini kimdən ötrü etmişdinsə, ondan al.»

Allahın Peyğəmbəri (s):«Allah-taala buyurur:«Həqiqətən, Mən ən ehtiyacsız şərikəm. Buna görə, bir iş görən Məndən qeyrisini onda şərik tutarsa, Mən o işə nifrət edərəm. Belə iş, Mənə şərik qoşulandan ötrü görülüb.»

Peyğəmbər (s):«Allah-taala zərrə qədər riya ilə qarışıq olan əməli qəbul etməz.»

Allahın Peyğəmbəri (s) bir kişinin «Ey Allahın Rəsulu, nicat nədədir?» sualına cavabından: «Bəndənin Allaha itaəti insanlara xatir etməməsində.»
İmam Əli (ə):«Adamın batininin xəstə və zahirinin gözəl olması necə də pisdir.»

İmam Əli (ə):«İlahi! Zahirimin insanların nəzərində gözəl olmasından və Sənin üçün aşkar olan batinimin çirkinliyindən, özümü riyakarlıqla xalqın nəzərində Sənin məndən daha yaxşı bildiyin şeylə bəzəməyimdən, sonra da gözəl zahirimi xalq üçün göstərib bu əməlimin pisliyini Sənin yanına gətirməyimdən və bu minvalla bəndələrinə yaxınlaşıb, razılığından uzaq düşməyimdən Sənə pənah gətirirəm.»

İmam Baqir (ə):«Kimin zahiri (tərəzisinin gözü) batinindən ağır gələrsə, onun əməl tərəzisi yüngül olar.»

İmam Sadiq (ə):«Riyakarlıqdan çəkin. Çünki kim Allahdan qeyrisi üçün bir iş görərsə Allah-taala onu Allaha şərik qoşduğu həmən kəsə tapşırar.»

Riya və şirk

Allahın Peyğəmbəri (s):«Hər şeydən çox, sizin üçün kiçik şirkdən narahatam.» Ərz etdilər:«Ey Allahın Rəsulu! Kiçik şirk nədir?» Buyurdu:«Riya.»

İmam Əli (ə):«Bilin ki, azacıq riya, şirkdir.»

İmam Əli (ə):«Allahın Rəsulundan (s) «Kimin öz Rəbbi ilə görüşmək ümidi varsa, yaxşı işlər görməli və heç kəsi Rəbbinə şərik qoşmamalıdır» ayəsi haqda soruşdular.

Həzrət (s) buyurdu:«Kim özünü xalqa göstərmək üçün namaz qılarsa müşrikdir… və kim Allahın əmrlərindən birini özünü xalqa göstərmək üçün yerinə yetirərsə müşrikdir.»

Riyakarların acı aqibəti

Allahın Peyğəmbəri (s):«Cəhənnəm və onun əhli riyakarların əlindən fəryad qopararlar.» Dedilər:«Ey Allahın Rəsulu! «Alov necə fəryad qoparar?» Buyurdu:«Riyakarlara verilən əzab alovunun istisindən.»

İmam Sadiq (ə):«Qiyamət günü namaz qılan bəndəni gətirərlər və o, deyər:«Ey Rəbbim, mən Sənin razılığın üçün namaz qılmışam.» Amma ona deyilər:«Xeyir, əslində sənin barəndə «filankəs necə də gözəl namaz qılır» demələrindən ötrü namaz qılmısan. Onu Cəhənnəmə aparın.»

Riyakarın nişanələri

İmam Əli (ə):«Riyakarın üç nişanəsi var: insanları görəndə sevincək olar, tək qalanda isə halsız və tənbəl, hər bir işdə təriflənməyini istər.»


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930