Duaların qəbul olmasına mane olacaq bu kimi işləri tərk edin! – İmam Səccad (ə)
Mьəllif: admin1
Tarix: 7-03-2021, 11:58
Duaların qəbul olmasına mane olacaq bu kimi işləri tərk edin! – İmam Səccad (ə)
“Dua” istəmək mənasındadır. Yəni insanın rəbbindən istəməsi.

Allah Təaladan dua edib istəmək üçün ilk öncə insanın Allaha və Onun qüdrətinə, görən və eşidən olmasına etiqadı olmalıdır.

Bu səbəbdən dua dərin bir etiqaddır, yüksək bir mərifətdir (tanımaqdır), bir təsdiqdir. Çünki insan dua vasitəsilə kimdən istədiyini, nə istədiyini bir daha qəlbi və dili ilə iqrar edir.

İnsan hər hansı istək və diləkləri üçün rəbbinə əl açıb dua edir. Öz istəklərini dilə gətirir. Lakin hər zaman insanın istəkləri olmur. Hər zaman etdiyi dua istədiyi şəkildə ona yetişmir.

Dini mənbələrdə bunu bir neçə səbəbləri qeyd olunur ki, ümulikdə insanın öz mənfi əməllərinə və niyyətinə qayıdır. Yəni duasına istədiyi şəkildə qarşılıq almamağın səbəbkarı məhz insan özüdür.

İmam Səccad (ə) insanın dualarının qəbul olmasına mane olan bəzi işləri xatırladaraq buyurub:

Bu kimi günahlar duanın qəbul olmasına maneədir:

Pis niyyət

Daxilin, mənəviyyatın napaklığı

Qardaşlarla münafiq, ikiüzlü kimi rəftar etmək

Duada tərəddüd etmək

Vacib namazları tərk etmək

Səni Allaha yaxınlaşdıracaq ehsan və yaxşılığı tərk etmək

Söyüş nə nalayiq sözlərdən istifadə etmək, bu kimi sözləri dilə gətirmək. (əl-Kafi 2/331)


Oxşar xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930