NAMƏHRƏMƏ BAXMAQ
Mьəllif: admin1
Tarix: 5-05-2018, 10:16
NAMƏHRƏMƏ BAXMAQ
Naməhrəm kişi və qadınların şəhvət və ləzzət üzündən bir-birinə baxması, şübhəsiz ki, haramdır. İslam dinində bu cür baxışlar gözün zinası kimi təbir edilmişdir. Şəhvətsiz nəzərlər də üz və əllərdən başqa yerlərdə gadağandır. Amma üzə və əllərə ləzzət məqsədi olmadan baxmağın eybi yoxdur.

Məhrəm kişi və qadınların bir-birinin övrətlərindən başqa bütün yerlərinə baxmaları, həmçinin, təbibin müalicə zamanı naməhrəmə əl vurması və baxması kimi zəruri hallarda, habelə dənizdə gərq olan, yanğında galan (naməhrəm) şəxsi xilas etmək ləzzət qəsdi olmadan caizdir və işqalı yoxdur.

Allah-taala buyurur: "Ey Peyğəmbər, bütün imanlı qadın və kişilərə çatdır ki, öz gözlərini bir-birinə baxmaqdan yumsunlar. Öz namus və övrətlərini hifz etsinlər. Bu onların paklığı üçün lazımdır."

Rəsuli-Əkrəmin (s) səhabələrindən biri olan İbn Ümmü Məktum kor idi. Bir gün həzrətin hüzuruna gəlmək istədi. Evə daxil olanda Aişə və Həfsə otaqda idi. Həzrət onlara buyurdu ki, o biri otağa keçsinlər. Onlar ərz etdilər:

Qonağın ki, gözləri görmür! Həzrət buyurdu: “Nə olsun ki kordur, siz ki onu görürsünüz!”

Bu hədisdən göründüyü kimi, həzrət gadınların kişilərə baxmalarının garşısını alır.

Bütün naməhrəmlərin bir-birinə baxışı haramdır,lakin bu məsələ ailə gurmuş şəxslərin barəsində daha artıq gəbahətli sayılır.

Rəsuli Əkrəm (s) buyurur: “Əgər ərli bir qadın öz məhrəmlərindən və ərindən başqasina (şəhvətlə) baxarsa, Allah bütün gəzəbi ilə onunla rəftar edəcək, onun bütün yaxşı əməllərini məhv edəcəkdir.”

İmam Sadiq (ə) və imam Məhəmməd Baqirdən (ə) nəgl olunan bu hədisdə buyurulur ki, “hər kəs bir növ zinaya mürtəkib olur. Gözün də zinası naməhrəmlərə baxmaqdır.”

İmam Sadiq (ə) buyurur: “Naməhrəmə baxış şeytanın zəhərli oxlarından biridir. Nə gədər belə nəzərlər olmuşdur ki, əbədi peşmançılıq gətirmişdir.”

Nümunə kimi qeyd olunan bu rəvayətlərdən məlum olur ki, naməhrəmə baxmaq öz ardınca necə də fəsad gətirir, ilahi əzaba səbəb olur və yaxşı əməlləri necə məhv edir.

Bu məsələ barəsində qadınla kişi arasında heç bir fərq goyulmur, onlardan hər birinin digərinə baxması haram və gadağandır. Amma ailə qurmuş şəxslərdə bu məsələ son dərəcə qəbahətli sayılır.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930