HƏYAT YOLDAŞININ TƏQVA VƏ İMANI
Mьəllif: admin1
Tarix: 7-05-2018, 09:33
HƏYAT YOLDAŞININ TƏQVA VƏ İMANI
Həyat yoldaşının ləyaqət və səciyyəvi xüsusiyyətlərinin ən dəyərlisi və gözəli təqva və imandır. Bu xüsusiyyət hər bir şəxsdə, cəmiyyətdə əmin-amanlığın, xoşbəxtliyin əsas amili olmuşdur. Əlinin (ə) təbiri ilə desək, bu, hidayət açarı, qiyamətin azuqəsi, qul olmaqdan azadlıq səbəbi və bütün fəsad və bədbəxtliklərdən gurtuluş yoludur.

Həzrət Əli (ə) başqa hədisdə əxlaqi kamallara, səciyyələrə sahib olmağı təqva və pərhizkarlıq sayəsində bilir, təqvasız şəxsi isə cəhənnəm oduna və Allahın şiddətli qəhr əzabına duçar olacağını bəyan edir. Elə bir od ki, çox qəliz, dərinliyi çox, hərarəti son dərəcə şiddətlidir, əzabı anbaan yeniləşir, oradakıların haraylarına cavab verilmir. Belə bir şəxs əbədi olaraq qəm-qüssədə və giriftarlıqda galacaqdır.

Yaxşı həyat yoldaşı o qadındır ki, təqvalı və imanlı, ərinə garşı sədaqətli olsun və bilsin ki, ailə həyatının təməli sədaqət əsasında qurulmuşdur və onların müştərək həyatları hər növ hiylə və məkrdən pak olmalıdır, qadın və kişinin müştərək həyatı hiyləgərlik qəbul etməz və nəhayət, axırda məkrlər ifşa olar.

İbrahim Kərxi adlı bir şəxs İmam Sadiqin (ə) şiələrindən idi. Onun həyat yoldaşı vəfat etdikdən sonra həzrətin hüzuruna gəlib dedi: Yəbnə Rəsulillah, mənim həyat yoldaşım çox ləyaqətli və təqvalı idi, təəssüflər olsun ki, o, dünyadan getmişdir.

Mənim təzədən evlənməkdən başqa çarəm yoxdur. Kiminlə evlənim? Həzrət buyurdu: “ Tam ayıqlıqla, diqqətlə evlənməli, elə şəxsi seçməlisən ki, əmanətdar və təqvalı olsun. Çünki öz malını, canını və sirlərini onun ixtiyarında goyacaqsan. O, sənin barəndə hər növ rol oynaya bilər.”

Həzrət bu hədisdə həyat yoldaşı seçməkdə çox incə məsələlərə işarə edib öz ardıcıllarına həyat yoldaşının ifa edəcəyi rolu çox mühüm cilvələndirir. Çünki ərin bütün maddi və mənəvi varlığı onun ixtiyarında olur.

Buna görə də qadın çox təqvalı və ayıq olmalı, əri ilə həqiqi məhəbbət, ixlas və sədaqətlə rəftar etməlidir. Əks halda ərin ən güclü düşməninə çevrilib onun canına, sirlərinə, var-dövlətinə, namusuna hər vaxt və hər növ xəyanət edə bilər.

Buna görə də bu kimi işlərin garşısını alan ən mühüm amıl, yaxşı əmələ sövq edən ən güclü mühərrik məhz həyat yoldaşının təqvasıdır.

Rəsuli-Əkrəm (s) buyurur: “Hər kəs bir qadını, onun zahiri gözəlliklərinə görə alsa, ondan bəhrələnməz; hər kəs bir qadını onun mal-dövlətinə görə alsa, yenə də peşman olar. Buna görə də siz dindar və təqvalı qadınlarla evlənməlisiniz.”

İmam Sadiq (ə) və İmam Məhəmməd Baqirdən (ə) nəql olunur ki, bir kişi Rəsuli-Əkrəmin (s) hüzuruna gəlib evlənmək üçün məşvərət etdı. Həzrət ona belə yol göstərdi: “Get evlən, amma həyat yoldaşının yalnız təqva və dindarlığını nəzərə al.”

Bu hədislərdə, gördüyümüz kimi, həzrət həyat yoldaşının təqva, iman və dindarlığını evlənmənin əsas şərti kimi təqdim edir. Çünki bu iki şərt mövcud olmazsa, həyat yoldaşı ərinin xoşbəxtliyi, ruhunun aramlıq səbəbi ola bilməz.

Rəsuli-Əkrəm (s) buyurur: “Hər bir insanın dünya və axirət xeyri dörd şeyin bir yerə yığışması ilə müyəssər ola bilər: Allaha mütəvəcceh olan pak qəlb; 2-Allahın zikri ilə məşğul olan dil; rüzgarın müşküllərində və cismi xəstəliklərdə səbr; ərinin işlərində və onun namusunun qorunmasında kömək edən imanlı və təqvalı həyat yoldaşı.”

Qadınlar adətən məhəbbətli, atifəli və ürəyiyanan varlıqlardır, amma eyni zamanda çox həssas və emosional xüsusiyyətlərə malik olan varlıq olub əqli məsələlərdə, uzaqgörənlikdə onlarda zəiflik hiss olunur. Əvvəlki fəsillərdə bu barədə söhbət etmişdik.

Buna əsasən, bu kimi ürəyiyanar insanlar lazımi vəfadarlığa, təqvaya malik olmasalar, şeytani fikirlər, yanlış və istismarçı mədəniyyətlər müqabilində, yadların, əcnəbilərin təhriki ilə ani olaraq öz yollarını itirir, məğlubiyyətə düçar olurlar.

Bu barədə İmam Sadiq (ə) buyurur: “Tamam əyar və imanı kamil olan qadın qara rənqli inəyin üstündə olan ağ bir nöqtəyə bənzəyir.”

Əlbəttə, o qədər imanlı, fədakar, şir ürəkli qadınlar vardır ki, təkcə özlərini deyil, həm də ərini və övladlarını təqvaya, insani kamala çatdırırlar. Başqa sözlə desək, ləyaqətli və ürəyiyanar insanlar məhz belə pak və təqvalı anaların məhəbbət dolu qucaqlarında böyüyüb tərbiyə almışlar.

Ümidvariq ki, bütün qadın və kişilər, onların ailə üzvləri tam agahlıqla təqva və pərhizkarlığa riayət edərək səadətə çatsınlar, nəfsani həvəslərlə mübarizə aparsınlar, içtimaiyyətin və ailənin mənafeyini nəzərə alsınlar, özləri-özlərinə hakim olsunlar. Bu xüsusiyyət hər şeydən üstündür.

Süleyman peyğəmbərdən nəql olunub ki, həvayi-nəfsi təsxir edib ixtiyarına alan bir şəxs tezliklə bir şəhəri fəth edən şəxsdən çox-çox güclüdür.

Bəli, ola bilsin ki, bir kəs bütün dünyaya hökmdarlıq etsin, amma öz nəfsinə qul olsun.

Həzrət Əli (ə) buyurur: “Hər kəs təqvanın əksinə hərəkət edərək həvayi-nəfsinə tabe olarsa, axirətini dünyaya satar.”

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031