İmam Əlinin (ə) əziz anasının dəfnində baş verən misilsiz hadisələr
Mьəllif: admin1
Tarix: 8-05-2018, 22:05
İmam Əlinin (ə) əziz anasının dəfnində baş verən misilsiz hadisələr
İmam Sadiq (ə) nəql edir: “Bir gün Peyğəmbər (s) əyləşmişdi və Əli (ə) ağlayan halda onun yanına gəlir. Peyğəmbər (s) ondan soruşur: “Nə üçün ağlayırsan?”.

Buyurur: “Anam Fatimə dünyasını dəyişmişdir”.

Həzrət Peyğəmbər (s) buyurdu: “Allaha and olsun ki, o, mənim də anam idi”.

Sonra tələsərək ayağa qalxdı və cənazənin yanına gəldi. Onu bu halda görən kimi ağlamağa başladı. Qadınlara əmr verdi ki, ona qüsl versinlər və qüslü bitirən kimi ona xəbər versinlər.

Qadınlar qüsl verib qurtaran kimi Peyğəmbərə (s) xəbər verdilər.

Həzrət (s) əyninə geyindiyi köynəklərdən birini onlara verdi və buyurdu: “Fatiməni bu köynəklə kəfənləyin”.

Üzünü müsəlmanlara çevirib buyurdu: “Nə zaman görsəniz ki, mən elə iş görürəm ki, indiyə qədər onu heç görməmişəm, mənə sual verin”.

Elə ki, cənazəni qəbrin kənarına gətirdilər, qəbrə düşüb orada bir qədər uzandı. Sonra cənazəni qəbrə qoydular. Başını ona tərəf əyib, uzun bir zaman cənazəyə sözlər deməyə başladı. Axırda üç dəfə buyurdu: “Nə Cəfər, nə Əqil. Oğlun Əli ibni Əbutalib”.

Sonra qəbirdən çıxdı və qəbri torpaqla örtdülər. Özünü qəbrin üstünə atıb buyurdu: “Lə iləhə illəllah! Allahım, mən onu sənə tapşırıram”.

Sonra ayağa qalxıb, geri qayıtdı.

Bu zaman müsəlmanlar dedilər ki, biz bu dəfndə elə şeylər gördük ki, siz heç bir zaman bu cür işlər görməmişdiniz.

Həzrət (s) buyurdu: “Mən bu gün Əbu Talibin ehsan və yaxşılıqlarını əldən verdim. Fatimə o insan idi ki, əgər bir şeyi olsaydı, məni və övladlarını özündən üstün tutardı. Mən bir gün Qiyamətdən danışanda demişdim ki, insanlar o günü çılpaq məhşur olacaqlar.

Fatimə bu sözləri eşidib demişdi: “Vay olsun bu cür rüsvayçılığa!”. Mən də ona zəmanət verdim ki, Allah onu geyinmiş halda məhşur edəcəkdir.

Qəbir əzabından soruşanda, o, demişdi: “Vay olsun acizliyə”. Mən də zəmanət vermişdim ki, Allah ona kifayət edəcəkdir.

O ki, əyildim və ona sözlər deyirdim, ona görə idi ki, veriləcək suallara cavab verə bilsin. Ondan soruşdular ki, Allahın kimdir? Cavab verdi. Soruşdular ki, Peyğəmbərin (s) kimdir, cavab verdi. O zaman ki, soruşdular İmamın kimdir, xəcalət çəkib susdu və mən ona dedim: “Nə Cəfər, nə Əqil. Oğlun Əli ibni Əbutalib”.

Dəfn mərasimindən sonra Peyğəmbər (s) Əmmara buyurur: “Allaha and olsun ki, mən Fatimənin qəbrindən çıxmamışdım ki, iki nurlu çıraq gördüm və onu Fatimənin başının üstünə gətirdilər. Başqa iki çıraq əllərinin yanında idi. İki çıraq ayaqlarının yanında idi. Onun qəbrinə məmur edilən iki mələk Qiyamət gününə qədər onun üçün istiğfar edəcəklər”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031