İsrail rejimi Ramazan ayında müsəlmanları Qüdsə buraxmayacaq
İsrail rejimi Ramazan ayı ərzində işğal altındakı İordan çayının qərb sahilində yaşayan 40 yaşdan yuxarı fələstinli kişilər və yaş həddi olmadan bütün qadınlara cümə günləri Qüdsə daxil olmaq icazəsini versə də, blokada şəraitində Qəzzada yaşayan fələstinlilər bundan məhrum edilib.
Deyerler.org xəbər verir ki, Anadolu agentliyinin müxbiri İsrail rejiminin ordu mənbələrindən əldə etdiyi məlumata görə, bu güzəştlər Qəzzadakı fələstinliləri əhatə etmir, ancaq İsrail rejiminin qurumları vəziyyəti hələ də müzakirə edirlər. İsrail rejiminin işğalı altındakı Fələstin torpaqlarında fəaliyyət göstərən Hökumət Fəaliyyətləri Koordinasiya Məntəqəsinin (COGAT) sədri general-mayor Kamil Əbu Rukn belə bir açıqlama ilə çıxış edib: “İsrail rejiminin Ramazan ayı ərzində 40 yaşdan yuxarı kişilərlə 12 yaşdan aşağı oğlan uşaqlarına və bütün qadınlara cümə günləri Qüdsə daxil olmaq icazəsini verəcək”. Əbu Rukn, həmçinin İordan çayının qərb sahilində 30-40 yaşları arasındakı 2 min fələstinliyə də Ramazan ayı üçün icazənin verildiyini qeyd edib. İsrail rejiminin qurumları əvvəlki illərdə verdiyi sərəncamla İordan çayının qərb sahilindəki fələstinlilərlə yanaşı, Qəzzadakı fələstinlilərə də Qüdsə daxil olmaq üçün icazə verirdi. Oxşar xəbərlər
|