İŞ VƏ FƏALİYYƏTİN DİNLƏ MÜNASİBƏTİ
Əli (ə) öz vəsiyyətində əziz oğlu Məhəmməd Hənəfiyyəyə yazırdi: “Əziz oğlum, mən sənin yoxsul olmağından çox qorxuram, maddi imkansızlıqdan və yoxsulluqdan Allaha pənah apar, çünki maddi yoxsulluq şəxsin dinində də mənfi təsir qoyur, insanın əql və fikrini sərgərdan edir, düşmənçilik və kin-küdurətə səbəb olur.” Canım sənə qurban, ey Əmirəlmöminin, hər kəs iş görməsə, təsirli fəaliyyət etməsə və tənbəl olsa, həmişə yuxulu halda olacaqdır. Şübhəsiz, yoxsulluğun və bədbəxtliyin nəticələrinə giriftar olacaq və yaltaqlıq, nalayiq danışmaq, hərislik, xəyanət, acizlik, işləyənlərə, çalışlanlara, sərvətlilərə həsəd, tənbəlliyin və yoxsulluğun xoşagəlməz təsirlərindəndir.Bu cəhətdən müqəddəs İslam dini işsiz tənbəlləri yeyib-yatanları düşmən tutur və belə şəxslər Allah dərgahında gəzəbə layiq görülmüşdür. Belə bir şəxsin heç bir ictimai və dini dəyəri yoxdur. İmam Museyi Kazim (ə) buyurur: “Allah-taala çox yatan və işləməyən bəndələrini düşmən tutur.” Yatmaq bədənin təbii ehtiyaclarından biridir ki, hər bir şəxs yatmaqla müsbət fəaliyyət üçün daha artıq hazır olur, amma həddindən artıq yatmaq işin geriləməsinə və hədəfin dala düşməsinə səbəb olur və bu cəhətdən də müqəddəs İslam dinində məzəmmət olunmuşdur.Bütün bəşər cəmiyyətlərində əhalinin yarısını qadınlar və qizlar təşkil etdiyindən gərək cəmiyyətin inkişafı və ailənin rifahı yolunda qadınlar da fəaliyyət göstərsinlər. Əgər dünyanın mütərəqqi və inkişaf etmiş ölkələrinə diqqət yetirsəniz görərsiniz ki, onların iqtisadi və sənaye cəhətindən inkişaf etmələri qadın və kişilərin müştərək fəaliyyətləri sayəsində olmuşdur.Bizim ölkəmizdə də qadın və kişiləri həmahəng olub birgə fəaliyyət göstərən ailələr digər ailələrə nisbətən daha artıq rifahdadırlar. Həzrət Fatimeyi-Zəhra (s.ə.) evin daxilindəki işləri yerinə yetirir və eyni zamanda bu yolda o qədər çətin işlərə əl atır ki, mübarək əllərindən qan sızırdı. Bəzi vaxtlar Əli (ə) evdə olmayanda Fatimə (s.ə.) çöldəki işləri də görürdü. Həzrət Əli (ə) on ildən az bir müddətdə Mədinədə Peyğəmbərin (s) hüzurunda olarkən müharibədə iştirak edirdi. İrili-xırdalı 80-dən artıq müharibədə iştirak etmiş və bunların hamısında o böyük iffətli xanım bütün müqavimətlə evin daxilində və xaricində işləri öz öhdəsinə alırdı.Buna görə də Fatimeyi-Zəhra (s.ə.) İslam bir nümunə qadındır.İslamda agahlıq, fəaliyyət dinidir. Həqiqi müsəlman olub və həqiqi səadətə çatmaq istəyən bir müsəlman öz işlərində səy etməlidir.Belə olan halda onun müvəffəqiyyətinə zəmanət verilir. Əli (ə) buyurur: “Zəhmətlər və ağır əziyyətlər səbəbi ilə ali məqamlara, rifah və əbədi rahatlığa çatmaq olar.” Dünya alimləri və İslam mütəfəkkirləri və dövrün varlı adamları heç də təsadüfi olaraq tənbəlliklə öz məqsədlərinə çatmamış, əksinə, onlar gecə-gündüz ağır zəhmətlərə sinə gərərək öz məqsədlərinə çatmışlar. “Cəvahirul-kəlam”-ın müəllifinin (bu kitab istidlali fiqh mövzusunda yazılmış və 43 cilddən ibarətdir) İslam aləminə göstərdiyi xidməti onun ardıcıl və yorulmaz səyləri sayəsində olmuşdur.Hətta o, övladının matəmində də tədqiqdən əl çəkməmişdir. Fransa alimi Pastor gecə-gündüz yorulmaz fəaliyyətləri səbəbi ilə, hətta Almaniyanın təcavüzkar qoşununun atdığı top mərmilərinin Parisdəki partlayışı da Pastoru işdən soyuda bilmədi və nəhayət, mikrobu kəşf etdi. Əgər Edison elektrik işığını ixtira edib ağır zavodları işə salıb dünyanı işığa gərq edə bilirsə və özündən sonra belə bir şeyi yadigar qoyursa, bu yalnız onun ardıcıl və yorulmaz səylərinin nəticəsidir ki, hətta bəzən yemək yeməyi unudur, təhqiqatını dəvam etdirmək üçün iki-üç gün öz labaratoriyasından çölə çıxmırdı. Əgər Əbu Əli ibn Sina kimi alimlərimiz dünyaya gəlibsə, bu cür İslam mütəfəkkirlərinin varlığı dünyaya elmin, mədəniyyətin inkişaf etməsinə səbəb olursa, bu İslamın ali təlimlərindən nəşət tapır. Əks təqdirdə alim adlandırıla biləcək bir nəfər belə həmin dövrün mütərəqqi İran ölkəsində tapılmazdı. Hədisdə və tarixdə oxuyuruq ki, Rəsulallah (s) bir kəsi işsiz gördükdə onu danlayar və iş görməyə vadar edirdi. Bir gün tənbəl bir şəxsi görüb ondan işi barəsində soruşdu, amma o işsizliyini dedikdə, həzrət ona yaxşı üz göstərmədi. Səhabələr həzrətin bu rəftarı barəsində soruşdular, həzrət buyurdu: “Mömin və müsəlman bir şəxsin işi olmasa, dinini əldən verər.” Ümumiyyətlə, iş və fəaliyyət insana həyatda izzət, başıucalıq bəxş edir, onu yalandan, yaltaqlıqdan və istismardan azad edir, ailə səfasını yaradır. Bu zaman qadın və kişi belə bir vəziyyəti yaratmaqla müştərək məsuliyyət daşıyırlar. Hər biri bacardığı qədər fəaliyyət göstərməlidir. Peyğəmbər (s) buyurur: “İki qazanc əldə edəndən biri qadındır.” Bu mənaya ki, ərin müvəfəqiyyətləri, irəliləyişləri və rifahda olmalarının bütün şərti onlalrın həyat yoldaşının həmkarlığına bağlıdır.Ər nə qədər səy etsə də nə qədər ki, həyat yoldaşı ürəyiyanar idarəçi və həmkar kimi evin daxilində olmasa, evin çətinliklərindən ərinə kömək etməsə, heç vaxt nəzərə çarpacaq müvəffəqiyyət hasil olmayacaqdır. Belə ailələr yoxsulluq və bədbəxtlikdə yaşayacaq, kiçik hadisə bəzən yerindən oynayacaq, ixtilaf və dava-dalaş yaranacaqdrı. Belə təhlükəli hadisələrin qarşısını almaq və yoxsulluqdan xilas olmaq üçün həqiqətdə insan üçün ölüm sayılır.Gərək qadın öz ərinin ürəyiyanar və səmimi həmkarı olsun. İmam Cəfər Sadiq (ə) buyurur: “Malın islahı və fəqirlikdən yaxa qurtarmaq üçün edilən səy iman əlamətlərindəndir.” Rəsuli-Əkrəm (s) buyurur:“Allaha bəndəlik və ibadət yetmiş qismdir ki, onun ən mühüm qismi halal ruzi kəsb etmək üçün fəaliyyət göstərməkdir.” Həzrət Əli (ə) buyurur: “Yoxsulluq ən böyük ölümdür” Əli (ə) bu mənalı kəlamında xatırladır ki, ləzzətli varlıq aləmindən bu dünyada süqut etməyin ən böyük səbəbi yoxsulluqdur.” Bu məsələlərə diqqət yetirməklə görəsən qadınlar da kişilər kimi fəaliyyət göstərməməlidirlər? Ailənin xoşbətxliyini təmin etməməlidirlərmi? Görəsən bir ölkənin əhalisinin səyi həmin insanların yarısının səyləri, ölkənin inkişafında bərabərdirmi? İşsizliyin və tənbəlliyin müqəddəs İslam dinində məzəmmət olunması yalnız kişilərə aidirmi?Görəsən ailənin bədbəxtiyi və yoxsulluğu ölkənin geridə qalmasına səbəb olmaq qadınlara da aid deyildirmi? (İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI) Hacı Rasim Məmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|