Vacib oruclar, orucun vacib olma şərtləri və orucun səhih olma şərtləri
Mьəllif: admin1
Tarix: 4-04-2023, 10:34
Vacib oruclar, orucun vacib olma şərtləri və orucun səhih olma şərtləri
Vacib oruclar

Vacib oruclar aşağıdakılardan ibarətdir:

1. Mübarək Ramazan ayının orucu.

2. Qəza orucu.

3. Kəffarə orucu.

4. Ata və ananın orucunun qəzası (böyük oğula vacibdir).

5. Nəzir, əhd və andla vacib olan müstəhəb oruclar.

6. Etikaf günlərindən üçüncü günün orucu.

7. Təməttü həccində qurbanlıq əvəzinə tutulan oruc.

Orucun vacib olma şərtləri

Orucun vacib olma şərtləri aşağıdakılardır:

1. Büluğ: (Həddi-büluğa çatmaq).

2. Əql: (Aqil -ağıllı- olmaq)

3. Qüd-rət: (Oruc tutmağa qadir olmaq).

4. Bihuş olmamaq.

5. Müsafir olmamaq.

6. Haiz (aylıq adətdə-heyz) və nəfsa (uşaq azad etdikdən sonra nifas halında) olmamaq.

7. Orucun zərər etməməsi.

8. Orucun hərəcli (yəni çox çətin və məşəqqətli) olmaması.

Oruc (yalnız) yuxarıdakı məsələdə göstərilən şərtlərə malik olan şəxslərə vacibdir. Buna əsasən, həddi-büluğa çatmamış uşaqlara, dəlilərə (məcnunlara), bihuşlara, oruc tutmağa qadir olmayanlara, müsafirlərə, haiz və nəfsa qadınlara, oruc zərər edən ya çox məşəqqətli olan şəxslərə vacib deyil.

İnsan zəifliyə görə orucu tərk edə bilməz, amma əgər zəifliyi bir həddə ola ki, ona dözmək çox çətin və müşküldür, orucunu yeyə bilər. Həmçinin əgər oruc ona zərər edərsə və ya orucun ona zərər etməyindən qorxarsa.

Buna əsasən həddi-büluğa çatan qızlara oruc tutmaq vacibdir və onu çətinliyə və cismi zəifliyə görə tərk etmək caiz deyil. Amma əgər oruc tutmaq onlara zərər edə və ya çox çətin və məşəqqətli ola, bu zaman iftar edə bilərlər.

Orucun səhih olma şərtləri

Orucun səhih olma şərtləri aşağıdakılardır:
1. İslam.

2. İman.

3. Əql.

4. Bihuş olmamaq.

5. Müsafir olmamaq.

6. Haiz və nəfsa olmamaq.

7. Orucun zərər etməməsi.

8. Niyyət etmək.

9. Orucu batil edənləri tərk etmək.

10. (Müstəhəb oruc tutmaq üçün) boynunda qəza orucunun olmaması.

(Yalnız) yuxarıda göstərilən şərtlərə malik olan şəxslərin orucları səhihdir (düzdür), buna əsasən, kafirin, dəlinin, müsafirin, haiz və nəfsa qadınların, oruc zərər edən şəxslərin, oruc niyyəti etməyən-lərin və bilərəkdən orucu batil edən işləri görənlərin orucları batildir.

Həmçinin boynunda qəza orucu olan şəxslər müstəhəb oruc tuta bilməzlər və tutarlarsa səhih deyil.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930