Təharət qaydası
Mьəllif: admin1
Tarix: 9-05-2018, 10:38
Təharət qaydası
Təharət qaydası

Ümumiyyətlə hər hansı bir şeyin təharət və nəcasətində şəkk etdikdə, yəni onun pak ya nəcis olmasını bilmədikdə onun pak olmasına hökm edilir, başqa sözlə desək nəcasətinə yəqin edilməyən şey şəri baxımdan pak hökmündədir və sualyaxud axtarış lazım deyil.

Təharət qaydasının tətbiq olduğu bəzi nümunələr

Özünü həmişə nəcisləyən uşağın nə qədər ki, yaş əli (əlinin yaşı), ağzının suyu və yeməyinin qalığının nəcis olmasına yəqin edilməyib, (hamısı) pakdır.

Çamaşırxanalara verilən libaslar qabaqcadan nəcis olmaz-sa pakdır.

Paklıq ya nəcisliyinibilmədiyimiz yerə tökülən su pakdır (və oradan üzərimizə tökülsə də eybi yoxdur)

Zibil maşınlarından küçələrə tökülən suyun nəcis oldu-ğunu bilmədiyimiz təqdirdə pak hökmündədir. Həmçinin küçələrdə əmələ gəlmiş çalaların içinə yığılan suların nəcis olmağı məlum deyilsə pakdır.

Pomada kimi dodağa vurulan kosmetik maddələrin murdardan (ölü ya şəri qaydadan kənar kəsilən heyvanın hissələrindən) hazırlanması məlum olmadıqda, onların nəcasəti şəri yollarla sübuta yetməyincə pakdır və onları istifadə etməyin heç bir işkalı yoxdur.

Ayaqqabıdan istifadə edərkən o zaman ayağın nəcis olmasına və namaz qılmaq üçün yuyulmasına hökm olunur ki, ayaqqabının təzkiyə olmamış heyvanın (ölü ya şəri qaydadan kənar kəsilən heyvan) dərisindən olduğu və ayağın o ayaqqabının içində tərlədiyi məlum olsun.Amma əgər ayağın tərləməsi ya ayaqqabının dərisindən hazırlanmış heyvanın təzkiyə olub-olmaması məlum olmazsa ayağın pak olmasına hökm olunur.

Rəngsazlıqda və rəsm çəkməklə və s. işlədilən fırçanın donuz tükündən olmasında şəkk edilirsə, pakdır və onu istifadə etmə-yin işkalı yoxdur.

Müsəlman ya kafir olması bilinməyən şəxs pakdır və dinini soruşmaq lazım deyil.

(Buddistlər kimi) kitab əhli olmayan kafirlərin evlərinin qapı, pəncərə, hotel və orada işlədilən əşyaların pak ya nəcis olması bilinmirsə (hamısı) pak hökmündədir. (Hətta nəcis olduqları bilindiyi təqdirdə də onların hamısını suya çəkmək vacib deyil, təkcə yemək-içməkdə və namaz qılmaqda istifadə olanları paklamaq vacibdir)

Maşın və qatarların oturacaqları kimi kafir və müsəlman-ların müştərək istifadə etdikləri əşyaların pak ya nəcis olması məlum olmadıqda pakdır.

Məstedici içkilər qismindən olub-olmaması bilinməyən spirtlər pakdır.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930