Əməlin fədakarlıq sayılmasının 6 ədəb və qaydası
Hər bir fəzilətli sifətin ədəbi olduğu kimi, fədakarlığın da ədəb və qaydaları vardır ki, gərək onlara riayət olunsun. Onlarla tanış olaq:
1. İxlas. Fədakarlığın ilk ədəbi – ixlasdır. Fədakarlıq o zaman həqiqi simasını əldə edər ki, ixlasla yerinə yetirilmiş olar. Heç kəsdən bu əməlinə görə əvəz gözləməz və işini ancaq Allah rizası üçün yerinə yetirər. “(Onlar həm dildə, həm də qəlbdə deyərlər:) «Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik»”. (“İnsan” 9). 2. Fədakarlığa meyilli olmaq. Yəni, fədakarlıq etdiyin şeyə qarşı meylinin və əlaqənin olması. İmam Baqir (ə) bu ayənin: “Və onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər”. (“İnsan” 8) mənası barəsində buyurmuşdu: “Yəni, özlərinin o yeyəycəyə meyillərinin olmasına baxmayaraq...”. Yəni, başqalarını özündən üstün tutarlar. 3. Birinci yaxınlarının ehtiyacını ödəmək lazımdır. Fədakar insan ilk olaraq ailəsinin ehtiyaclarını ödəməlidir ki, əziyyət və əzaba düşməsinlər. Ondan sonra başqalarına fədakarlıq edə bilər. 4. İman əhlini ilk sırada qərar vermək. Fədakarlığın başqa ədəbi budur ki, iman əhlini ilk sırada qərar verəsən. Yəni, nəyisə ehsan etmək istəyən zaman ilk olaraq iman əhlinə verməlisən, sonra kafirlərə. İmam Əli (ə) buyurur: “Başqa insanlarla insafla rəftar et, təqvalılar isə fədakarlıq ilə”. 5. Ehtiyacı olanları ilk sıraya salmaq. Fədakarlığın başqa bir ədəbi isə budur ki, ilk olaraq ehtiyaclı olan insanların ehtiyacını ödəmək lazımdır. 6. Xoş rəftar. Həqiqi fədakar insanın əxlaqı gözəl olmalıdır, əks halda etdiyi fədakarlıqların faydası olmaz. Məsumlarımız (ə) da bizi həmişə xoş üzlü olmağa və məkarim əxlaqa dəvət edirlər. Ona görə də fədakar insan da gərək başqaları ilə rəftarda, xoş üzlü və xoş əxlaqlı olsun. Allah Təala bizləri bu qaydalara əməl edənlərdən qərar versin! /Deyerler.org/ Oxşar xəbərlər
|