Asqırmaq – ölümdən 3 gün amanda olmağa səbəb olur
İmam Sadiq (ə) buyurur: “Çoxlu asqırmaq insanı bir çox şeydən amanda saxlayar:
1. Cüzam. 2. Başda və üzdə olan pis havanın bayıra çıxması. 3. Gözdən suyun axmasının qarşısını alar. 4. Burun tutqunluğunu açar”. İmam Həsən Əsgərinin (ə) xidmətçisi nəql edir: “İmam Zaman ağanın (ə.f) dünyaya gəlişindən bir gün sonra Həzrətin (ə) yanında olanda asqırdım. O, mənə buyurdu: Allah sənə rəhmət etsin. Bu duadan çox şad oldum”. Həzrət (ə) mənə buyurdu: “Asqırmaqla bağlı sənə müjdə verimmi?”. Dedim: “Bəli, sərvərim”. O, buyurdu: “Agah ol ki, asqırmaq ölümdən üç gün amanda olmaq deməkdir”. İmam Rza (ə) asqırmaq barəsində buyurur: “Bil ki, asqırmağın səbəbi ondadır ki, Allah insana nemət verər, bəndə ona şükür etməyi unudar. Allah da küləyi ona hakim edər ki, bədənində hərəkət etsin. Nəhayət burnundan xaric olsun. Bəndə də bu asqırığa görə Allaha şükür edər. Allah Təala da bu şükrü, həmin o nemətin şükrü qərar verər”. /Deyerler.org/ Oxşar xəbərlər
|