Orucun niyyəti və niyyətin davamlı olması
Orucun niyyəti
Oruc gərək başqa ibadətlər kimi niyyətlə olsun, belə ki, yemək-içməkdən və sair orucu batil edənlərdən uzaq qalmaq Allahın fərmanına əməl etməyə xatir olsun. Belə bir əzm etmək (niyyət üçün) kifayətdir və onu dilə gətirmək lazım deyil. Oruc fəcrdən başladığı üçün niyyəti o andan təxirə salmaq olmaz və daha yaxşıdır orucun niyyəti fəcrdən qabaq edilsin. Əgər gecənin əvvəlində niyyət edə ki, sabah oruc olacaq, sonra yata və sübh azanınadək yuxudan oyanmaya və ya başı işə qarışmaq nəticəsində sübhün yetişməyini bilməyə, sübh olduqdan sonra xəbəri ola, orucu səhihdir. Əgər bir şəxs Ramazan ayında, sübh azanı zamanı bilərəkdən oruc niyyəti etməyə, orucu batildir, hətta gün əsnasında niyyət etsə belə, amma vacibdir, qürubadək orucu batil edənlərin hər birindən qorunsun və Ramazan ayından sonra o günün qəzasını yerinə yetirsin. Əgər bir şəxs unutmaq səbəbinə və ya xəbəri olmadan Ramazan ayında oruc niyyəti etməyə və günün əsnasında yadına düşə, əgər orucu batil edən işlərdən qarşıya çıxıbsa orucu batildir, amma gərək qürubadək orucu batil edənlərin hər birindən qorunsun . Amma əgər orucu batil edənlərdən heç biri qarşıya çıxmayıbdırsa, zöhrdən sonradırsa, orucu batildir , amma əgər zöhrdən qabaqdırsa, vacib ehtiyata əsasən oruc niyyəti etsin və sonradan o günü qəza etsin. Əgər Ramazan ayından başqa vacib oruc üçün məsələn, kəffarə ya qəza orucu kimi, zöhrə yaxın vaxtadək niyyət etməyə, əgər o zamanadək orucu batil edənlərdən qarşıya çıxmayıbsa, niyyət edə bilər və orucu səhihdir. Müstəhəb oruc üçün günün hər bir zamanında oruc tutmaq fikri olsa, niyyət edə bilər və orucu səhihdir, bu şərtlə ki, o zamanadək orucu batil edənlərdən heç biri baş verməmiş olsun. Ramazan ayının oruc qəzası boynunda olan şəxs müstəhəb oruc tuta bilməz, hətta əgər vacib orucun niyyət vaxtı ötüb keçəndən sonra da müstəhəb oruc niyyəti etsə (yəni zöhrdən sonra da olsa belə), müstəhəb oruc səhih deyil. Amma əgər yadından çıxara və müstəhəb oruc tuta, gün ərzində yadına düşdükdə orucu batildir (istər zöhrdən sonra ya qabaq), əgər zöhrdən qabaq yadına düşsə, Ramazan ayının qəza orucunu niyyət edə bilər və orucu səhihdir. Ramazan ayının oruc qəzası boynunda olan şəxs müstə-həb oruc niyyəti etsə, bu qəza orucu yerinə sayılmaz. Əgər bir şəxs boynunda qəza orucu olub olmamasını bilməyə və şəri baxımdan əmri olan oruc niyyətilə (qəza və müstəhəb olmağından asılı olmayaraq) oruc tuta, əgər həqiqətən boynunda oruc qəzası olarsa, qəza hesablanır. Əgər xəstə, Ramazan ayı əsnasında sağala, vacib deyil ki, oruc niyyəti etsin, amma əgər zöhrdən qabaq sağalıbdırsa və orucu batil edən işlərdən qarşıya çıxmayıbsa, müstəhəb ehtiyat budur ki, oruc niyyəti edib oruc tutsun, lakin gərək sonradan o günün qəzasını tutsun. Əgər insan şəkk edə ki, Şaban ayının axırıdır ya Ramazan ayının əvvəli (yövmüşşəkk), oruc tutmaq vacib deyil və əgər oruc tutmaq istəsə Ramazan orucu niyyəti edə bilməz, amma Şaban ayının axırıncı gününü müstəhəb orucunun niyyətini və ya qəza niyyəti (qəzası olanlar üçün) edə bilər və əgər sonradan məlum olsa ki, o gün Ramazanın biri (əvvəli) olubdur, Ramazan ayı orucundan sayılacaq və o günün qəzası yoxdur və əgər (Şaban və ya qəza niyyətilə oruc tutarsa) və o gün əsnasında Ramazan ayının olması məlum olarsa, gərək həmin andan Ramazan ayının orucu niyyəti etsin. Niyyətin davamlı olması Vacibdir ki, orucun niyyəti axıradək (arası kəsilmədən) davam etsin. Niyyətin davamlı olmasını pozanlar bunlardır: 1. Oruc niyyətini kəsmək (belə ki, günün əsnasında niyyətdən dönə və artıq orucu davam etmək məqsədi olmaya) orucu batil edir və ikinci dəfə niyyət etməyin faydası yoxdur, amma gərək məğrib azanınadək orucu batil edən şeylərdən çəkinsin. 2. Orucun davamında tərəddüd etmək (belə ki, hələ orucunu batil etmək qərarına gəlməyib). 3. Orucu batil etmək niyyəti (belə ki, orucu batil edənlərdən istifadə etmək istəyə, məsələn, yemək qərarına gələ, amma hələ bir iş görməyə). İkinci və üçüncü yerlərdə vacib ehtiyat budur ki, orucu sona çatdırsın, sonradan qəzasını da tutsun. Bu dediklərimiz vaxtı müəyyən olan vacib oruclara aiddir Ramazan ayının orucu kimi ya müəyyən bir günün nəzir orucu kimi, amma müstəhəb oruclarda və vaxtı müəyyən olmayan vacib oruclarda belə deyil, yəni əgər orucu sındırmaq qərarına gələ (niyyətindən dönə), amma orucu batil edən işlərdən heç biri baş verməyə, sonradan zöhrdən qabaq (müstəhəb oruclarda qürubadək) yenidən niyyət edər-sə, orucu səhihdir. Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır. Ahlibeyt.ge Oxşar xəbərlər
|