Allahın ən böyük adı hansı addır?
Hədislərin bir çoxunda Allahın əzəmətli adına işarələr edilmişdir. Deyilmişdir ki, bu adı ancaq İlahi peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) bilirlər. Asəf ibni Bərəxiya Bilqeysin taxtını məhz Allahın əzəmətli adını çəkərək, bir göz qırpımında gətirmişdi.
Allahın əzəmətli adı haqqında çox nəzərlər vardır. Onların biri ilə tanış olaq. İmam Səccad (ə) buyurur: “Allahdan 20 il istədim ki, mənə əzəmətli adını öyrətsin. Bir gecə dayanmışdım və namaz qılırdım. Yuxu gözlərimi apardı və cəddim Peyğəmbəri (s) gördüm ki, mənə tərəf gəlirdi. Mənə yaxınlaşan kimi gözlərimin ortasından öpdü və buyurdu: “Allah Təaladan nə istəmişdin?”. Mən dedim: “Ey böyük babam! Mən Allahdan istəmişdim ki, əzəmətli adını mənə nişan versin”. Həzrət Peyğəmbər (s) buyurur: Ey oğlum! Bu duanı yaz! Dedim: Hara yazım? Buyurdu: Barmağınla əlinin içinə yaz. Dua budur: "يَا اللهُ يَا اللهُ يَا اللهُ وَحْدَكَ وَحْدَكَ لَا شَرِيكَ لَكَ أَنْتَ الْمَنَّانُ بَدِيعُ السَّماواتِ وَ الْأَرْضِ ذُو الْجَلالِ وَ الْإِكْرامِ وَ ذُو الْأَسْمَاءِ الْعِظَامِ وَ ذُو الْعِزِّ الَّذِي لَا يُرَامُ وَ إِلهُكُمْ إِلهٌ واحِدٌ لا إِلهَ إِلَّا هُوَ الرَّحْمنُ الرَّحِيمُ وَ صَلَّى اللهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ أَجْمَعِينَ؛ (“Yəni, ey Allah, ey Allah, ey Allah! Sən yeganəsən, Sən yeganəsən. Sənin şərikin yoxdur. Sən bağışlayansan. Yeri və göyü yaradansan. Bəxşiş və böyüklük sahibisən. Böyük adların sahibisən. Məğlub olmayan izzətin sahibisən. Sizin Allahınız yeganə Allahdır. Bağışlayan və mehriban Allahdan başqa ilahi yoxudr. Allahın rəhmət və bərəkəti olsun Muhəmmədə (ə) və bütün Ali-Muhəmmədə (ə)”). Sonra buyurdu: “Nə istəyirsənsə, dua et”. İmam Səccad (ə) buyurur: “Allaha and olsun ki, bu duanı təcrübə etdim və Həzrətin (s) buyurduğu kimi oldu”. /Deyerler.org/ Oxşar xəbərlər
|