Möminin 4 sifəti. Günahı yaxşılığa çevirən 4 xüsusiyyət
İmam Əli (ə) buyurur: “Mömin davamlı olaraq:
1. Allahı yada salar. 2. Çoxlu təfəkkür edər. 3. Nemətə şükür edər. 4. Giriftarlıqda səbirlidir”. Dörd şey günahı həsənəyə çevirər - onları tanıyaq. Həzrət Peyğəmbər (s) isə buyurur: “Dörd şey vardır ki, günahı həsənəyə çevirir: 1. Düz danışmaq. 2. Həya. 3. Xoş əxlaq. 4. Allahın şükrünü yerinə yetirmək”. İmanın kamilləşməsi ilə bağlı İmam Sadiq (ə) buyurur: “Üç sifət kimdə olarsa, imanı kamil olar: 1. O kəs ki, zülmə səbir edər. 2. Qəzəbini yatızdırar və bu (əməli) Allaha tapşırar. 3. (Zalımı) bağışlayar. O kəslərdən olar ki, Allah onu behiştə daxil edər”. Qeyd etmək lazımdır ki, burada söhbət fərdi zülmdən, yəni bir insanın digərini məişət müstəvisində incitməsindən gedir. Ən səxavətli və ən bağışlayan insanı tanıdan hədisdə İmam Hüseyn (ə) buyurur: “Ən səxavətli insan o kəsdir ki, ona ümid bəsləməyənə yardım göstərər. Ən bağışlayan insan o kəsdir ki, intiqam almaq qüdrəti olduğu halda güzəşt edər. Ən çox sileyi-rəhm edən şəxs o kəsdir ki, onunla rabitəni kəsənlə sileyi-rəhm edər”. Allah Təala bizləri bu xüsusiyyətləri yaşadanlardan qərar versin. /Deyerler.org/ Oxşar xəbərlər
|