“Allahın ərşi suyun üzərində idi” ayəsindən məqsəd – Hud (7)
Qurani-Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur. Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir. Quran ayələri zamanla və elim inkişaf etdikcə daha da aydınlaşır.
Quranda bir çox üstü örtülü (mütəşabeh) ayələr vardır ki, onların izahı digər ayələr də, peyğəmbər (s) və Əhli-beyt (ə) hədislərində qeyd olunmuşdur. Həmçinin bütün bunlarla yanaşı təcrübi elmlər inkişaf etdikcə və zaman ötdükcə bir çox ayələrə aydınlıq gəlir. Bu kimi ayələdən biri də “Hud” surəsinin 7-ci ayəsidir: “Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri və yeri taxtı suyun üzərində olan halda, altı gündə yaradan Odur. Əgər desən ki: Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!, kafir olanlar: Bu, açıq-aşkar sehrdən (yalandan) başqa bir şey deyildir!' – deyə cavab verərlər.” Ayədə diqqət olunmalı bir neçə mətləb vardır ki, “Nur” təfsirində bunlara belə diqqət çəkilir: 1-Dünya insan üçün yaradılmışdır 2-Əgər Allah istəsəydi varlığı bir anda yaradardı. Lakin hikmət ilahi bunun 6 gündə olmasını iradə deib. 3-Göylərin və yerin yaradılışında ilkin mərhələ ya su, yaxud da maye mərhələsidir. 4-Su yerdən və göylərdən qabaq olub. 5-Bütün mövcudatın yaradılışındaki hədəf insanın ixtiyarı və mənəvi təkamülüdür. 6-İnsan üçün mühüm olan əməlin kəmiyyəti deyil, keyfiyyəti önəmlidir. 7- Yer və göy yalnız xeyir işlər üçün yaradılıb. 8- Ölümdən sonrakı diriliş və kafirlərin bunu inkar etməsi. (Nur təfsiri) Ayədə diqqət çəkən mühüm mətləblərdən biri də “ərş” və ərşin su üzərində olması ifadəsidir: “...ərşi suyun üzərində olan halda, altı gündə yaradan Odur.” Bu ayədə iki kəlmə “ərş” və “su” kəlmələrinin izaha ehtiyacı vardır. Ərş kəlməsi barədə təfsirçilərin böyük əksəriyyəti bu fikirdədirlər ki, ərş Allahın rübubiyyəti, malikiyyəti, hakimiyyəti və qüdrəti mənasındadır. Çünki Allah cism deyil ki taxtda əyləşsin (SübhanAllah). Burada ərş kəlməsi kinayə, bənzətmə mənasında işlənib. Necəki “Nur” təfsirində buna açıqlama gətirilərək qeyd olunur ki, “Necəki filankəs taxta oturdu, yaxud taxtdan endirildi deyilir.” Su barəsində təfsirçilərin fikrinə gəlincə isə bu barədə deyilir: “Ayədə işlənən “الْمَاءِ” (əl-mau) kəlməsi su mənasındadır. Su həmin canlı varlıqların, həyatın əslidir ki, bütün varlıqlar ondan həyat almışlar. Allahın ərşinin su üzərində qərar tutması kinayə ilə işlənmiş ifadədir ki, həmin zaman Allahın malikiyyəti və hökmü su üzərində idi. Həmin gün Allahın mütləq hakimiyyəti həyatın mayesi, əsli olan su üzərində idi.” (Təfsiri-Mizan tərcüməsi cild-10. Səh-239) “Ərş suyun üzərində idi” ayəsindən məqsəd budur ki, Mutəal Allah yeri və göyü yaratmazdan əvvəl suyu yaratmışdı. Allahın hakimiyyəti suya idi (başqa məxluq yox idi). Buradan bu məna ələ gəlir ki, su yerin və göylərin varlığının əsasıdır.” (Təfsiri-Rahnəma. Cild-7. Səh-27) Həmd yalnız aləmlərin rəbbinə məxsusdur! (İslaminSesi) Oxşar xəbərlər
|