Kəffarənin miqdarı və qaydası
Kəffarənin miqdarı və qaydası
Ramazan ayında bilərəkdən (iftar etməyin) orucu batil etməyin kəffarəsi İslam dinində üç şeydən biridir: 1. Bir qul azad etmək; 2. İki ay (altmış gün) oruc tutmaq; 3. Altmış yoxsula yemək vermək. Bu dövrdə azad etməyə qul olmadığı üçün mükəlləf gərək yerdə qalan iki kəffarədən birini yerinə yetirsin. Kəffarənin miqdarında orucu halalla ya haramla batil etməkdə fərq yoxdur, istər yemək yeməklə ya halal xanımı ilə yaxınlıq etməklə, istərsə də, zina ya istimna etməklə orucunu batil etsin (bir kəffarə vacib olur, yəni ya altmış gün oruc tutmalı ya da altmış yoxsulu yedirtməlidir) baxmayaraq ki, haram işlə batil etdikdə cəm kəffarə (hər ikisini) vermək müstəhəbdir, yəni həm altmış gün oruc tutsun, həm də altmış yoxsula yemək versin. Əgər bu üç kəffarədən heç biri mümkün olmaya, gərək hər miqdarda yoxsullara yemək verə bilirsə versin və vacib ehtiyata əsasən istiğfar da etsin, amma əgər heç bir miqdarda yoxsula yemək vermək qüdrəti yoxdursa istiğfar etməsi kifayətdir, yəni ürəkdən və dili ilə desin: “Əstəğfirullah” (yəni Allahdan bağışlanmaq diləyirəm). (Kəffarə üçün) oruc tutmağa və yoxsulu yedirtməyə qadir olmadığına görə istiğfar edən şəxs sonradan oruc tutmağa ya yoxsula yemək verməyə qadir olarsa, bu işi görmək lazım deyil, baxmayaraq ki, müstəhəb ehtiyatla uyğundur. Əgər bir şəxs altmış gün kəffarə orucu tutmaq istəyə, gərək bir ay tamam və ikinci aydan ən azı bir gün də ona əlavə etməklə ardıcıllıqla oruc tutsun və əgər qalan günlər ardıcıl da olmasa işkalı yoxdur. Altmış gün kəffarə orucu tutmaq istəyən qadın bu arada aylıq adət günlərinə və s. təsadüf edərsə, o günlər sona yetdikdən sonra qalanlarını tuta bilər və lazım deyil əvvəldən başlasın. Yoxsula yemək vermək iki cür ola bilər: 1. Hazır yeməklə onları doyurmaqla. 2. Hər bir yoxsula 750 qram çəkisində (bir müdd) buğda ya un ya çörək və ya düyü yaxud da, bu kimi ərzaqlar verməklə. Əgər bir şəxs (yuxarıdakı məsələdə deyildiyi kimi) kəf-farə üçün altmış yoxsula yemək vermək istəyə, altmış yoxsul tapa bildiyi təqdirdə bir-iki nəfərin və ya çoxunun səhmini bir nəfərə verə bilməz və lazımdır altmış nəfərin hər birinə bir səhm yemək versin. Amma yoxsul ailənin sayı qədər ailə başçısına (yoxsula) onların səhmlərini verə bilər ki, onlar üçün məsrəf etsin. Yoxsullarda böyük və kiçik, kişi və qadın arasında fərq yoxdur. Kəffarənin hökmləri Əgər oruc tutan bir gündə bir neçə dəfə orucu batil edən işlərdən görə, təkcə bir kəffarə boynuna gəlir. Lakin bu iş cinsi yaxınlıq və ya istimna olarsa, vacib ehtiyata əsasən hər bir cinsi yaxınlıq və ya istimna üçün ayrıca kəffarə vacib olur. Əgər bilərəkdən orucunu batil edən şəxs, orucunu batil etdikdən sonra səfərə gedə, kəffarə boynundan düşmür. Buna əsasən əgər (gecə cünub halında yuxudan oyana və bilərəkdən sübh azanınadək qüsl ya təyəmmüm etməyə və kəffarə verməsin deyə (gecədən) səfərə getmək qərarına gələ və zöhrdən qabaq səfərə çıxa, bu iş, yəni gecə səfərə getməyi qərara almaq və gündüz səfərə çıxmaq, kəffarənin üstündən götürülməsi üçün kifayət etmir. Kəffarə boynuna gələn şəxsə onu dərhal yerinə yetirmək vacib deyil, amma o qədər təxirə salmamalıdır ki, vacibi yerinə yetirmək üçün səhlənkarlıq sayılsın. Vacib kəffarənin üzərindən bir neçə il ötərsə və onu yerinə yetirməzsə, kəffarəyə bir şey əlavə olmur. Orucun kəffarəsində qəza və kəffarə arasında tərtib vacib deyil. Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır. Ahlibeyt.ge Oxşar xəbərlər
|