Bunlar kamil imanın göstəriciləridir - Hz.Əlidən (ə) hikmətli kəlam
Mьəllif: admin1
Tarix: 14-05-2018, 14:35
Bunlar kamil imanın göstəriciləridir - Hz.Əlidən (ə) hikmətli kəlam
Həzrət Əli (ə) bəzən elə bir qısa kəlmə deyir ki, cildlərlə şərh yazılacaq mövzuları əhatə edir. Yaxud insan ömrünü elə bir qısa cümləyə yığır ki, bütün insanlığı özündə ehtiva edir.

O Həzrət (ə) tarixin misli görünməmiş bir şəxsiyyətidir. Hər kəs axtardığı bütün müsbət xüsusiyyətləri o Həzrətdə (ə) müşahidə edə bilir. Yəni hər kəs ona (ə) öz baxış prizmasından baxdıqda, görmək istədiyini görə bilir. Çünki o Həzrət (ə) kamil insan idi. Kamil obraz da insanlığı bütün kriteriyalarda (sahələrdə) təmsil edir. Yəni o Həzrət bir aynadır ki, hər həs axtardığını onda tapa bilir.

İnsanın əsli, həqiqəti onun mənəvi aləmidir. Çünki insanı bir şəxsiyyət kimi tanıdan onun düşüncələri, etqadı və niyyətinin xalisliyidir. Bütün bunlar bir vəhdət halı yaradaraq insanda imanı formalaşdırır. İmam Əli (ə) bu mətləbi belə izah edir:

"İman qəlbən Alahı tanımaq (qəlbən bağlanmaq,niyyəti Allah üçün xalisləşdirmək, əqlən idrak etmək),

Dil ilə təsdiq etmək (zahirən biruzə vermək),
Ərkana əməl etməkdir (İlahi göstərişlərə tabe olmaqdır)."
(Nəhcul-bəlağə. 508)

İmanın özünün də müxtəlif fərdlərdə dərəcə etibarı ilə fərqlənməsi real bir həqiqətdir. Ən üstün imana “kamil iman” deyilir ki, buna sahib olan insan ən ali insani xüsusiyyətləri özündə cəm etmiş olsun. Həzrət Əli (ə) buna da toxunaraq buyurur:

“Üç xüsusiyyət vardır ki, bunlar kimdə olarsa onun imanı kamildir:

1 - Razı olduğu halda onun bu rizası onu batilə sürükləməz (Batilə razı olmaz, yaxud razı olduğ şeylər onu batilə sürükləməz).

2 - Qəzəbləndiyi halda onun bu qəzəbi onu hardan (ədalətdən) döndərməz)

3 - Haqq-hesab, ölçü-biçi etdikdə özünə aid olmayanı götürməz.

İman insanlıq meyarıdır. Bu da yalnız Allaha düzgün etiqad və ədalətlə hasil olur.



(İslaminSesi)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031