Həzrət İsanın (ə) səmaya qalxması necə olmuşdur?
Mьəllif: admin1
Tarix: 25-12-2019, 10:37
Həzrət İsanın (ə) səmaya qalxması necə olmuşdur?
Həzrət İsanın (ə) təbliğatları və davamçılarının artması yəhudi başçılarını çox narahat edir və ürəklərinə kin toxumu səpirdi. Ona görə də Həzrəti (ə) qətl etmək üçün plan qururlar. Öz hədəflərinə çatmaq üçün Roma imperatorunun canişinini təhrik edirlər və deyirlər ki, əgər vəziyyət belə davam etsə, sənin səltənətin məhv olacaqdır.

Ona görə də öz taxt-tacını saxlamaq üçün gərək İsanı (ə) öldürəsən.

Həzrət İsa (ə) düşmənin bu fitnəsindən agah olur və öz yerini dostlarının biri ilə dəyişdirir. Gizli məkanda qalır ki, düşmənlərindən amanda olsun.

Nəhayət İsanın (ə) 12 həvarilərindən biri olan Yəhuda düşmənin ona verdiyi rüşvət sayəsində İlahi peyğəmbərin (ə) yerini aşkar edir. Ancaq özü İsaya (ə) çox bənzədiyi üçün, düşmən səhvən onu tutur və dara çəkir.

Özü qazdığı quyuya həmin satqın özü düşür.

Həzrət İsa (ə) isə xüsusi dostları ilə birlikdə bir bağa daxil olurlar və orada gizlənirlər. Ancaq düşmən ora hücum etdiyi Allah Təala İsanı (ə) tək qoymur, onun bədənini düşmənlərin gözündən gizlədir.

Deyildiyi kimi, Yəhuda ki, İsaya (ə) çox bənzəyirdi, buna görə həbs olunur və dara çəkilir. Yəhuda çox qorxduğu üçün dili tutulur və özünü tanıda bilmir.

Roma imperatorunun canişini və yəhudi başçıları də belə zənn edirlər ki, artıq İsanı (ə) öldürüblər. Tərəfdaşları isə bu xəbəri eşidib, qəmgin olurlar və peyğəmbərlərinin (ə) şəhid olduğunu zənn edir və dara çəkilməsinin nişanəsi olaraq xaç taxmağa başlayırlar.

Halbuki, Həzrət İsa (ə) sağdır və səmaya qalxmışdır və Həzrət Məhdi (ə.f) zühur edən zaman yerə enəcək və həqiqətləri aşkar edəcəkdir. (İslami saytlara istinadən)

Qurani-Kərimdə buyurulur: “Və eləcə də «biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı

öldürdük» demələrinə görə (lənət və əzaba düçar oldular)! Halbuki, onu öldürmədilər və çarmıxa çəkmədilər, amma iş onlara belə göründü (güman etdilər ki, İsa döyüşdə öldürüldü, yaxud onun şəklində olan başqa bir şəxsin öldürülməsini güman etdilər, yaxud da yalandan peyğəmbərlik iddiasında olan İsa adlı birisi bir müddətdən sonra öldürüldü).

Həqiqətən onun barəsində fikir ayrılığında olanlar bu barədə şəkk və tərəddüd içərisindədirlər və o haqda zənn və gümana tabe olmaqdan başqa bir elmləri yoxdur. Onu həqiqətən öldürməyiblər”. (“Nisa” 157).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031