“Allah yolunda hansı xeyir işləri görək deyə” - soruşanlara Quranın cavabı
Mьəllif: admin1
Tarix: 18-10-2021, 10:19
“Allah yolunda hansı xeyir işləri görək deyə” - soruşanlara Quranın cavabı
Dinindən və etiqadından aslı olmayaraq insan xeyirə meyilli varlıqdır. İnsan var olduğu gündən onun istək və arzuları eynidir, xeyir istəmək!

Hər kəs üçün istəməsə belə an azından özü üçün xeyir tələb edir. Zaman keçsə də arzu və tələb eynidir. Sadəcə dəyişən tələbat və vasitələrdir.

Yaxşılıq və pislik də bu cürdür. Pislik elə pislik, yaxşılıq elə yaxşılıqdır. Sadəcə dəyişən şəraitdir. Bu bütün insanlarda vicdani bir məsələdir.

Allah Təala insanı var edərkən ona vicdan adlı bir nemət bəxş edib. Bu vicdan sanki insanın daxilində onunla çarpışan ikinci bir şəxsdir və daima ona nəzarət edir, onu ədalətli olmağa çağırır.

Bu səbəbdən insan var olandan xeyir və yaxşılığı bəyənmiş, pisliyə qarşı ikrahlı olmuşdur. (Ta nəfsi vicdanına qalib oluncaya qədər. Amma yenə də vicdanı pis iş gördüyünü ona diktə edir. Nəfsi barışmağa imkan verməsə belə.)

İslamın ilkin çağlarında da müsəlmanlar yaxşılıq və xeyir işlər barəsində Həzrət peyğəmbərə (s) suallar verir, daima böyük fərəh və sevinclə Allah rizasını qazanmaq üçün zəhmətlərə qatlaşırdılar. Qurani Kərim bu kimi suallar muqabilində buyurur:

“Səndən (Allah yolunda) nə xərcləmələrini soruşurlar, de: «(Malın növü mühüm deyil, mühüm odur ki,) xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz Allah etdiyiniz hər bir yaxşı işi bilir. (Bəqərə 215)

Qeyd etdiyimiz ayə 3 mətləbi önə çəkir. Öncə kimlərə ehsan və yaxşılıq edək və nədən verək? Bir də niyyətin xalisliyi ki, Allah qəlblərdə olanı bilir.

Birinci mətləbi Quran ardıcıllıqla bəyan edib. Öncə ata, ana! Yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar... və sair.

İkinci mətləb nədən infaq edək? Cavabında Quran buyurur: “Şübhəsiz Allah etdiyiniz hər bir yaxşılığı bilir.” İnsan zərrə qədər nə xeyir iş görmüş olsa Allah onu görür və bilir. Allah heç bir xeyiri qarşılıqsız buraxmaz! Bir təbəssüm olsa belə:

“Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).” - Zəlzələ.7

Üçüncü mətləb isə insanı xalıs niyyətli olması, gördüyü yaxşılığın arxasındakı gizli niyyətində özü deyil, Allah Təalanın olmasıdır:

“De: 'Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız (fərqi yoxdur), Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa (hamısını) bilir. Allah hər şeyə qadirdir!” (Ali-İmran-29)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031