Hacətin yerinə yetməsi üçün İmam Zaman ağanın (ə.f) anasına təvəssül etmək
Mьəllif: admin1
Tarix: 30-05-2022, 23:43
Hacətin yerinə yetməsi üçün İmam Zaman ağanın (ə.f) anasına təvəssül etmək
Ayətullah Müctəhidi əxlaq dərsində buyurmuşdur: “Allaha çatmağın ən yaxşı vasitəsi – Əhli-Beytdir (ə).

40 il bundan əvvəl böyük bir giriftarlığım var idi. Kərbəlada olan övliyalardan biri mənə buyurdu: İmam Zaman ağanın (ə.f) anası Nərcis xatuna təvəssül edin. Çünki o, bizim vəlimizin anasıdır. Övladına deyər ki, oğlum, filan şəxs mənə təvəssül etmişdir, istəyini yerinə yetir!”.

1000 salavat və bir Quran xətmini ona nəzir et ki, çətinliyin aradan qalxsın.

Bu deyilənləri minbər başında da tövsiyə etmişdim. Bu zaman bir nəfər mənə yaxınlaşıb dedi: “Ağacan, mən bu işi gördüm və tez bir zamanda hacətim yerinə yetdi”.

Bəs Xanıma (s.ə) necə təvəssül edək?

İki rükət hacət namazı qılırıq. Sonra 313 dəfə salavat deyirik. Sonra “Fəth” surəsini oxuyub, savabını Nərcis xanıma hədiyyə edirik.

Kərbəlanın böyük alimlərindən biri mənə demişdi: “Biz Həzrət Nərcis xatuna çox təvəssül edirik. Çünki o zaman ki, ana övladına bir şeyi deyər, övlad onu yerinə yetirməyə məcbur olar”.

Ustad Müctəhidi deyir: “Nə zaman işim düyünə düşsə, Xanıma (s.ə) 1000 salavatı nəzir edirəm. Bu zaman işim yerinə yetir”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031