QÜSLÜN HÖKMLƏRİ
Mьəllif: admin1
Tarix: 16-05-2018, 21:23
QÜSLÜN HÖKMLƏRİ

Qüsl başdan ayağa xüsusi şərtlər və keyfiyyətlə bədənin yuyulmasına deyilir.

Qüslün qisimləri

1. Vacib qüsl

Kişi və qadınlar arasında olan müştərək vacib qüsllar: 1-Cənabət qüslu. 2-Meyiti məss etdikdən sonra vacib olan qüsl. 3-Nəzir, əhd və and içməklə vacib olan qüsl.

Qadınlara məxsus olan qüsllar: 1-Heyz qüslu: aylıq adətləri qurtardıqdan sonra vacib olan qüsl. 2-Nifas qüslu: uşaq azad olandan sonra gələn qan sona yetdikdə vacib olan qüsl. 3- İstihazə qüslu: arabir qanaxma nəticəsində vacib olan qüsl.

2. Müstəhəb qüsl; (cümə qüslu kimi).

Qüslun keyfiyyəti (alınma qaydası)

Qüsl iki formada edilə bilər:

1. Tərtibi (tərtiblə edilən qüsl): Xüsusi tərtiblə bədəni yumaq lazımdır belə ki, birinci baş və boyunu, sonra vacib ehtiyata əsasən bədənin tamamilə sağ tərəfini və daha sonra tamamilə sol tərəfini yumaq lazımdır.

2. İrtimasi (birbaşa suya batmaqla edilən qüsl): Bu qüsl bədəni bütövlüklə suya batırmaqla hasil olur, belə ki, su bədənin hamısını əhatə etsin.

Qüslda vacib ehtiyata əsasən uzun saçları və onun altını yumaq lazımdır, buna əsasən qadınlar gərək (vacib ehtiyata görə) başın dərisinə suyu yetişdirməkdən əlavə saçlarının hamısını yumalıdırlar.

Qüsl edərkən üzü qibləyə durmaq vacib deyil.

Qüsl niyyətindən qabaq bədənin hər hansı bir üzvünü yumağın işkalı yoxdur.

Tərtibi qüsl qeyd olunan tərtiblə yerinə yetirilməzsə (istər bilərəkdən, istər unutmaq üzündən və istərsə də məsələni bilmədən) qüsl batildir.

Əgər bir şəxs qüsldan sonra bədəninin bir hissəsinə suyun yetişmədiyini bilə, bu qüsl irtimasi qüsl olarsa gərək yenidən qüsl etsin, istər su yetişməyən yer məlum ola ya olmaya. Amma əgər tərtibi qüsldursa; əgər yuyulmayan yer bədənin sol tərəfindədirsə, həmin miqdarı yumaq kifayətdir, amma əgər sağ tərəfində ola, sağ tərəfinin yuyulmayan miqdarını yuduqdan sonra sol tərəfi yenidən bütövlüklə yumalıdır. Həmçinin əgər baş və boyun nahiyəsindədirsə, o miqdarı yuduqdan sonra sağ və sol tərəfi tərtiblə yumaq lazımdır. Yuyulmayan hissənin hansı tərəfdə olduğu bilinmədikdə gərək yenidən qüsl edilsin.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930