BU ŞƏXSLƏRLƏ MƏSLƏHƏTLƏŞMƏ...
Mьəllif: admin1
Tarix: 30-05-2022, 23:41
BU ŞƏXSLƏRLƏ MƏSLƏHƏTLƏŞMƏ...
Məsləhət İslamın mühüm göstərişlərindən biri kimi, Qurani-Kərim və rəvayətlərdə özünə geniş yer ayırmışdır. Lazımi şərtlərə sahib olan şəxslərlə məsləhət-məşvərət insana düzgün və qurucu proqramların inkişafında böyük kömək göstərir və səmərəli nəticələr ərməğan gətirir.

Dəyərli şəxslərlə məsləhətləşmək səmərəli nəticələr verdiyi kimi, aşkar zəif nöqtələri olan şəxslərlə məsləhətləşmək isə əks nəticələrlə sonuclanır. Elə bu səbəbdən də, imam Əli (ə) mühüm ictimai işlərdə üç dəstə ilə məsləhətləşməməyi təkidlə tövsiyə edir; paxıllar, qorxaqlar və hərislərlə.

Çünki birinci dəstə insanı Allahın bəndələrinə xidmətdən, yaxşılıq və bəxşişdən saxlayır. İkinci dəstə mühüm işlərdə insanın iradəsini süstləşdirir. Üçüncü dəstə isə insanı başqaların hüquqlarına təcavüz etməyə daha da həris edir. Həzrət buyurur:

لا تُدْخِلَنَّ فِي مَشْوَرَتِكَ بَخِيلًا يَعْدِلُ بِكَ عَنِ الْفَضْلِ وَ يَعِدُكَ الْفَقْرَ وَ لا جَبَانًا يُضْعِفُكَ عَنِ الْأُمُورِ وَ لا حَرِيصًا يُزَيِّنُ لَكَ الشَّرَهَ بِالْجَوْرِ

“Öz (işlərin barəsindəki) məsləhətləşmələrinə xəsis (paxıl) adamı daxil etmə ki, o, səni yaxşılıqdan və bəxşiş verməkdən (Allahın bəndələrinə xidmətdən) saxlayar və yoxsulluqla qorxudar. Qorxağı da daxil etmə ki, o səni işlərdə (onlara girişməkdə) süstləşdirər. Həris adamla da məsləhətləşmə ki, o, hərisliklə zülmkarlığı sənin nəzərində gözəlləşdirər!” (“Nəhcül-bəlağə”, məktub 53.)


(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031