Ata və ananın oruclarının qəzası
Əgər ata və həmçinin vacib ehtiyata əsasən ana səfərdən başqa üzr səbəbinə orucunu tutmaya və qəza edə bildiyi halda qəza etməyələr, böyük oğula vacibdir ki, onlar dünyadan getdikdən sonra o orucların qəzasını yerinə yetirsin; ya özü tutsun ya icarə ilə başqasına tutdursun. Amma əgər qəzaları səfərdə olduqlarına xatir olubdursa, vacibdir onları qəza etsin, hətta ata və anası onları qəza etməyə imkanları yaxud fürsətləri olmasa da, belə.
Ata və ananın bilərəkdən (yəni üzrsüz) qəzaya verdikləri orucların qəzası da, vacib ehtiyata əsasən böyük oğlun boynuna gəlir, ya özü tutmalı ya əcir vasitəsilə tutdurmalıdır. Ata və ananın namaz və oruclarının qəzası arasında heç bir fərq yoxdur, belə ki, (böyük oğlu) hər birini qabağa sala bilər. Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır. Ahlibeyt.ge Oxşar xəbərlər
|