Həzrət Zəhranın (s.ə) nəzərində bir xanım üçün ən yaxşı əməl
Mьəllif: admin1
Tarix: 25-12-2022, 11:02
Həzrət Zəhranın (s.ə) nəzərində bir xanım üçün ən yaxşı əməl
Həzrət Zəhranın (s.ə) Allah və insanlar yanındakı məqamının səbəbi bəndəlik və ubudiyyət yolunda yüksək zirvəyə qalxmasındadır. Əgər Fatimə (s.ə) əsil Allah bəndəsi olmasaydı, o, Siddiqeyi-Kubra olmazdı.

Siddiq nədir? Siddiq o kəsdir ki, o şeyi düşünüb deyir, onu əməldə də sübuta çatdırır.

Hüccətil-İslam vəl-müslimin Seyyid Haşim Gülpayiqani Xanım (s.ə) haqqında deyir: “Dünya bəşər üçün bir məktəbdir. Orada ancaq irəliyə doğru hərəkət etmək lazımdır.

Hədəfini müəyyən etmək lazımdır. Bizim hədəfə malik olub irəliyə getməyimiz üçün örnək və nümunələrə ehtiyacımız vardır. Əgər örnək olmazsa, nəfsimiz bizi azdıra bilər.

Bugünkü ictimai dövrdə qadınlar üçün ən gözəl örnək Həzrət Zəhra (s.ə) olmalıdır. O, iffətin, hicabın, həyat yoldaşına həmdəm olmağın, ictimai fəaliyyət sahəsində mövqeliliyin ən gözəl nümunəsidir.

O zaman ki, Peyğəmbər (s) məclisdə əyləşənlərə sual verir ki, bir qadın üçün ən yaxşı rəftar nədir? Heç kəs bu suala doğru cavab verə bilmir. Nəhayət İmam Əli (ə) bu sualın cavabını Xanımından (s.ə) soruşur.

Həzrət Zəhra (s.ə) buyurur: “Bir qadın üçün ən yaxşı rəftar odur ki, heç bir naməhrəm onu görməsin və o, da naməhrəmi görməsin”.

Həzrət Zəhra (s.ə) atasının yanında tərbiyə almış İlahi səfir idi. Ona görə də Xanımın (s.ə) buyuruşlarının fəlsəfəsinə və dərinliyinə diqqət göstərmək və onu dərk etməyə çalışmaq lazımdır.

Həzrət Zəhra (s.ə) övlad tərbiyəsində də örnək bir anadır. Övladlarının hər biri, bəşər üçün bir xəzinədir.

Ona görə də bütün xanımlara tövsiyə edirik ki, həm uşaq tərbiyəsində və həm də ailədə Həzrət Zəhranı (s.ə) özlərinə örnək götürsünlər. Ancaq bu zaman təkamül yolunu gedib, kamala çatmaq olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031