Cənabət qüslu
Mьəllif: admin1
Tarix: 27-01-2021, 10:16
Cənabət qüslu

İnsan iki yoldan biri ilə cünub olur:

1. Cinsi əlaqədə olmaqla; (istər halal yolla olsun ya haram yolla, istər sperma xaric olsun ya olmasın, həddi-büluğa yetişmiş olsun ya yox).

2. Sperma xaric olmaqla; (istər yuxuda olsun ya ayıqlıqda, bilərəkdən ya bilmədən, fərqi yoxdur).

Kişidən xaric olan rütubət şəhvətlə, sıçramaqla və bədənin süst olmağıyla yanaşı olarsa məni hökmündədir (sperma hesab olunur), amma bu üç əlamətdən heçbiri ya hər biri olmazsa və ya o əlamətlərin olmağında şəkk edilərsə, məni hökmündə deyil, lakin bununla belə (əlamətlər olmadıqda ya şəkk edildikdə) başqa yolla məni olmasına yəqin edərsə, onda məni sayılacaqdır.

Qadının ləzzətin son nöqtəsinə yetişdiyi zaman müşahidə etdiyi maye məni hökmündədir və gərək qüsl etsin, amma əgər bu mərhələyə yetişməsində yaxud mayenin xaric olmasında şəkk edərsə, qüsl vacib deyil.

Düxul olmadan (yəni qeyri adi yolla) spermanın qadının daxilinə yerləşdirilməsi cənabətə (cünub olmağa) səbəb olmur.

Düxul hasil olmaqla hətta alətin başı (sünnət edilən hissə) miqdarında olsa belə, həm kişiyə və həm qadına cənabət qüslu vacib olur, istər sperma xaric olsun ya olmasın və istər qadın ləzzətin son mərhələsinə çatsın ya çatmasın.

Əgər bir qadın cinsi yaxınlıqdan sonra, hələ daxilində məni qalarkən fasiləsiz olaraq qüsl edə və qüsldən sonra məni xaric ola, xaric olan məni qadının mənisi olub-olmamağı məlum olmadıqda qüslü səhihdir, amma qüsldən sonra gələn məni nəcisdir və bu yeni cənabətə səbəb olmur.

Qadınlara tibbi əşyalar vasitəsilə daxili müayinələr ol-maqla nə qədər ki, məni xaric olmayıb, qüsl vacib deyil.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930