Cünub olana haram olan işlər
Beş iş cünuba haramdır: 1. Quran xəttini və mütəal Allahın zatına xas olan adlar və sifətləri məss etmək, habelə vacib ehtiyata əsasən Peyğəmbərlər (ə) və məsum İmamların(ə) adlarını məss etmək də bu hökmdədir. 2. Məscidül-həram və Məscidün-nəbiyə daxil olmaq, hətta bir qapıdan girib başqa bir qapıdan çıxsa belə. 3. Məscidlərdə dayanmaq, amma məscidə bir qapıdan girib, (dayan-madan) başqa bir qapıdan çıxarsa eybi yoxdur. (Vacib) ehtiyata əsasən məsum İmamların (ə) hərəmləri də məscid hökmündədir. 4. Məscidə bir şey qoymaq. 5. Quranın vacib səcdələri olan surələrin səcdəyə məxsus olan ayə-lərindən oxumaq, amma o surələrin digər ayələrini oxumağın işkalı yoxdur. Səcdə ayələri bunlardır: Səcdə surəsinin (32-ci surənin) 15-ci ayəsi, Fussilət surəsinin (41-ci surənin) 37-ci ayəsi, Nəcm surəsinin (53-cü surənin) 62-ci ayəsi və Ələq surəsinin (96-cı surənin) 19-cu ayəsi. Bu ayələri oxuyana və eşidənə səcdə etmək vacibdir. Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır. Ahlibeyt.ge Oxşar xəbərlər
|