Ayın əvvəlinin sübuta yetmə yolları
Ayın əvvəli beş şeylə sübuta yetir: 1. Mükəlləf özü (ayın çıxmasını) görməklə. 2. İki adil şəxsin şəhadətilə. 3. Elm və yəqin gətirən məşhurluqla. 4. Otuz gün keçməklə. 5. Hakimin hökmü ilə.
Gündüz hilalı görmək ay görünəndən sonra olan gecə üçün kifayətdir. Aparatla (məsələn, teleskopla) ayı görməyin adi gözlə görməklə fərqi yoxdur. Meyar ayı görməkdir, (hər hansı yolla olursa olsun), buna əsasən adi gözlə, eynəklə və teleskopla görməyin hökmü birdir. Amma kompüterlə hilalın şəklini göstərmək (çəkmək), görmək sayılmadığı üçün (ayın əvvəlini sübut etmək üçün) işkallıdır. “İstihlal” (ayı görmək) özü-özlüyündə vacib deyil. Ayın kiçik və aşağıda olması ya böyük və yuxarıda olması və ya nazik ya qalın olması və s. ayın biri ya ikisi olmaq üçün şəri dəlil deyil. Amma əgər mükəlləfə onun vasitəsilə yəqin hasil olarsa, gərək öz yəqininə əməl etsin. Ayın əvvəli təqvim və münəccimlərin elmi hesab-lamaları ilə sübut edilmir, əlbəttə, əgər onların dediyindən yəqin hasil olarsa, yəqinə əməl olunmalıdır. Əgər bir şəhərdə ayın əvvəli sübuta yetə, o şəhərlə üfüqü bir olan şəhərlər üçün də, kifayət edir. Üfüqlərin bir olmasından məqsəd budur ki, ayın görünmə ehtimalının olub olmaması baxımından birdirlər. Nə qədər ki, hakim ayın görünməsinə hökm etməyibdir, ayın onun yanında sübuta yetməsi, başqaları üçün kifayət etmir. Bəli, əgər başqaları (hakim üçün ayın görünməsinin sübuta yetməsindən) ayın görünməsinə xatircəm olarlarsa, kifayət edər. Əgər bir şəxs ayın hilalını görə və bilə ki, ayın görünməsi hakimi şəri üçün hər hansı bir səbəbə əsasən mümkün deyil, lazım deyil ayın görünməsini hakimi şəriyə desin bu şərtlə ki, onun xəbər verməməsinin müəyyən bir fəsadı olmasın. Əgər hakim sabahın bayram olmasına hökm edə və bu hökm ölkənin hamısına aid ola, onun hökmü (ölkənin) bütün şəhərləri üçün etibarlıdır. Hökumət tərəfindən ayın görünməsini elan etməkdə, o hökumətin islam hökuməti olub olmaması şərt deyil, bu barədə meyar ayın məntəqədə görünməsinə xatircəmlik tapmaqdır. Əgər hilal bir şəhərdə görünməyə, lakin radio və televiziya vasitəsilə ayın görünməsi elan oluna, əgər bu elandan ayın görünməsinə xatircəmlik hasil olarsa və ya vəliyyi-fəqihin ayın görün-məsinə dair hökmünü elan edərlərsə, kifayətdir və ayın əvvəli sübuta yetir. Əgər ayın əvvəli, hətta o məntəqə ilə vahid üfüqü olan qonşu şəhərlərin üfüqündə də, görünməsi və ya iki adil şəxsin şəhadət verməsi ilə yaxud da hakimin hökmü ilə sübuta yetməzsə, gərək ayın əvvəli sübuta yetincə ehtiyat edilsin. Əgər Ramazan ayının əvvəli sübuta yetməzsə, oruc vacib deyil, amma sonra məlum ola ki, oruc tutmadığı gün ayın əvvəli olubdur, gərək o günü qəza etsin. Ramazanın axırı və Şəvvalın əvvəlində şəkk etdiyi gün (yəni bilmir ki, Ramazan ayının axırıdır yoxsa Şəvval ayının əvvəli və bayram günüdür), gərək oruc tutsun, amma əgər günün əsnasında məlum ola ki, bayramdır gərək iftar etsin, hərçənd məğribə yaxın olsa belə. Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır. Ahlibeyt.ge Oxşar xəbərlər
|