Quran nəzərincə, rəhbərlə xalqın əlaqəsi necə olmalıdır?
İki növ itaət: insan bəzən qorxu və tamahdan, bəzən isə iman və məhəbbətdən itaət edir. Məsələn, insanları Firon qarşısında müti edən qorxu idi. (“Zuxruf”, 54.)
Amma İslam peyğəmbərinə itaətin arxasında iman və məhəbbət dururdu. (“Ali-İmran”, 159.) İslamda xalqla rəhbər arasındakı əlaqə “vilayət” kimi təbir olunur. “Vilayət”dedikdə sevərək bir şəxsin ardınca getmək nəzərdə tutulur. (“Sad”, 86.) Vilayətə tabe olan şəxs özünü başqalarından üstün tutmur. (”Kəhf”, 110.) Həzrət Əli (ə) buyurur: “Döyüşlərdə Peyğəmbər (s) düşmənə bizdən daha yaxın olardı.” Həzrət Peyğəmbər (s) xalqa salam göndərmək üçün məmur edilmişdir. (“Tövbə”, 103.) Eləcə də, Peyğəmbərə salam göndərmək xalqa əmr olunmuşdur. (“Tövbə”, 56.) Demək, rəhbərlə xalq arasındakı əlaqə qorxuya yox, eşq və məhəbbətə əsaslanır. Oxşar xəbərlər
|