Duanın kiçiyi olmur, ən cüzi şeyi də Allahdan istəməli
Dua – insanın Xaliqlə bir növ söhbət edib, dərdləşməsidir. Dua edən insan öz istək və arzularına diqqət edən bir dəstək tapdığına görə çox sevinər və şad olar. Bilər ki, ağzından çıxanların hamısını eşidən bir qüdrətli Varlıq vardır. Onun qəm və şadlığına şərik olan bir əziz Varlıq vardır.
Başqa insanlara deyə bilmədiyi sirrini paylaşdığı bir Sirdaşı vardır. Ona görə də bu yaxın dostu ilə dərdləşmək onu sevindirər və onunla görüşmək müştaqında olar. Belə bir insan qəlbən və ruhən rahatlıq tapar və hacətlərinin həyata keçəcəyinə əminliyi olar. Duanın insana qoyduğu təsirlərlə tanış olaq. 1. İstəkləri yerinə yetər. Hacətin yerinə yetməsi – duanın insana qoyduğu ilk təsirlərdən biridir. İmam Əli (ə) oğluna vəsiyyət edən zaman buyurur: “Ona görə də hacətini Ona göstər və qəlbində olanları Onun yanında aç”. Həmçinin Peyğəmbərimiz (s) tövsiyə edir ki, ən kiçik hacətlərinizi belə Allahdan istəyin. 2. Günahların bağışlanması. Dua sayəsində insanın günahları bağışlanar. Necə ki, İmam Əli (ə) buyurur: “O kəs ki, duasında müxlis olar, üç şeyi əldə etməkdən məhrum olmaz: o günah ki, bağışlanar, qabaqcadan ona çatan xeyir və ya təxirə düşən şər”. Heç bir dua təsirsiz qalmaz, ən azı günahlarımızın kəffarəsi olar. 3. Hüzur əldə etmək. Dua insan qəlbinə və ruhuna hüzur və rahatlıq `hissi gətirər. Dua qəlbi səfalandırar və qəmləri aradan aparar. Mühibban münacatında oxuyuruq: “Allahım! Kim sənin məhəbbətinin şirinliyini dadar, başqasını Sənin yerinə seçərmi?”. 4. Dini maarifi təlim verər. Bəzən İmamlar (ə) elə çətin zamanda vilayət ediblər ki, öz təlimlərini dua şəklində insanlara çatdırmaqistəyiblər. “Səhifeyi-səccadiyyə” kimi. Bu dualar bizə dini maarifi öyrədir və haqqı batildən ayırmağa yardım edir. İmam Əli (ə) buyurur:“Dua – behiştin açarları və nicat tapmağın boyunbağıdır”. /Deyerler.org/ Oxşar xəbərlər
|