Orucun müxtəlif məsələləri
Mьəllif: admin1
Tarix: 7-04-2024, 10:38
Orucun müxtəlif məsələləri

Mübarək Ramazan ayının gecələrində Quran tilavət etmək, dua oxumaq, dini mərasimlərdə iştirak etmək məqsədilə cama-atın əksəriyyətinin oyaq olduqları məntəqələrdə camaatın eşitməsi üçün bu ayların səhərlərinin xüsusi proqramlarının mikrafonla yayımlan-masının işkalı yoxdur, amma əgər məscidin qonşularının əziyyətinə səbəb olarsa caiz deyil.

Ramazan ayının günlərinin dualarını (birinci gün, ikinci gün və s. günlərin dualarını) savab məqsədilə oxumağın işkalı yoxdur.

Müstəhəb oruc tutan şəxsə vacib deyil ki, onu sona çatdırsın və istədiyi hər zamanda onu batil edə bilər, hətta əgər mömin bir qardaşı onu yemək yeməyə dəvət edərsə, müstəhəbdir onun dəvətini qəbul etsin və orucunu sındırsın. Mömin qardaşın bu dəvətini qəbul etmək baxmayaraq ki, orucun batil olmasına səbəb olur, lakin bu şəxs orucun əcr və savabından məhrum olmur.

Əgər oruc tutan şəxs bir məntəqədə (iftar vaxtı) iftar edə, sonra elə bir yerə səfər edə ki, orada hələ günəş qürub etməyib, onun orucu səhihdir və o yerdə bir şey yemək (və sair orucu batil edən işləri görmək) öz yerində məğrib zamanı iftar etdiyi təqdirdə, caizdir.

Əgər bir şəxs Ramazan ayının iyirmi yeddisinədək öz yerində oruc tuta, sonra ayın iyirmi səkkizində öz şəhəri ilə üfüqü bir olan şəhərə gedə və iyirmi doqquzu o yerə yetişə və məlum ola ki, o məntəqədə bayram elan olubdur, əgər iyirmi doqquzuncu gün o məkanda bayramın elan edilməsi şəri yollarla olarsa, o günün qəzası ona vacib olmur, lakin bunun mənası budur ki, o, bir gün Ramazanın əv-vəlindən oruc tutmayıbdır, ona görə də tutmadığına yəqin etdiyi günün qəzasını tutmalıdır.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930