Cənabət qüslünün hökmləri
Şəri vəzifələri yerinə yetirməkdə, utanmağın yeri yoxdur və bu (cənabət qüslü kimi) vacibləri tərk etmək üçün şəri üzr sayılmır. Amma cənabət qüslü etmək birinə mümkün olmadıqda onun vəzifəsi namaz və oruc üçün qüsl əvəzinə təyəmmüm etməkdir. Əgər bir şəxs qüsl almağa üzrlüdür, qüsl əvəzinə təyəm-müm etməlidir. Buna əsasən əgər bilə ki, xanımı ilə cinsi yaxınlıq edərsə, qüsl edə bilməyəcək; məsələn, qüsl üçün su əldə edə bilmə-yəcək və ya vaxtın darlığı nəticəsində qüsl etməyə kifayət qədər vaxt olmayacaq, onunla cinsi yaxınlıq etmək caizdir, bu şərtlə ki, təyəmmüm etmək mümkün olsun. Bu halda təharət şərt olan əməlləri yerinə yetirmək üçün qüsl əvəzinə təyəmmüm etməlidir və o təyəmmümlə məscidə daxil olmaq, namaz qılmaq, Quran yazılarını məss etmək və təharət şərt olan sair əməlləri yerinə yetirməyin işkalı yoxdur. (Xatırladaq ki, bu təyəmmüm vaxt darlığına görə olarsa, vacib ehtiyata əsasən o təyəmmümlə təkcə hansı əməl üçün təyəmmüm edibdirsə onu yerinə yetirə bilər). Əgər br şəxs məni xaric olduqdan sonra qüsl edə və sonra ondan bir rütubət xaric ola və onun məni olub-olmamasını bilməyə, bu halda əgər məni xaric olduqdan və qüsl etmədən öncə sidiyə getməyibdirsə, o maye və rütubət məni hökmündədir və gərək yenidən qüsl etsin. Əgər libasında bir ləkə görə və məlum olmaya ki, mənidir yoxsa başqa bir şey, nə qədər ki, onun məni olduğuna və öz mənisi olduğuna yəqin etməyib, qüsl vacib deyil. Cənabət qüslü edən şəxs namaz (və digər əməllər) üçün dəstəmaz almamalıdır, namaz və sair dəstəmaz şərt olan əməlləri həmin qüsllə yerinə yetirməlidir. Əgər cənabət qüslündən sonra şəkk edə ki, qüslü batil olub ya yox, lazım deyil namaz üçün dəstəmaz alsın, amma ehtiyat üzündən dəstəmaz almağın işkalı yoxdur. Əgər bir şəxs namazın vaxtı dar olan zaman cənabətdən pak olmaq niyyətilə (nəinki bu namaz üçün) qüsl edə, onun qüslü səhihdir, hərçənd sonradan bilə ki, namaz qılmaq üçün vaxt qalmayıbdır. Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır. Ahlibeyt.ge Oxşar xəbərlər
|