“İnşəallah” kəlməsi nə deməkdir? – Bu kəlmənin fəlsəfi izahı
Mьəllif: admin1
Tarix: 16-05-2020, 20:25
“İnşəallah” kəlməsi nə deməkdir? – Bu kəlmənin fəlsəfi izahı
İnşəallah, Allah qoyarsa, izin verərsə kəlməsi müsəlmanların dilində ən çox işlənən kəlmələrdəndir. Hətta müsəlmanlarla birgə yaşayan qeyri müsəlmanlar da belə bu kəlməyə o qədər alışıblar ki, çox vaxt onlardan da bu kimi sözləri eşitmək olur.

İnşəallah kəlməsinin bizim dilimizdəki qarşılığı bildiyimiz Allah izin verərsə, Allah istəyərsə kimi ifadələrdir.

Mərhum Şəhid Murtəza Mutəhhərinin “İnşaallah” kəlməsi barədə dediklərini “Məcmue asar” əsərlər toplusunda cəm etmişlər. Ustad bu barədə buyurub:

Biz hətta ən qəti olan işlərimizdə də “İnşəallah” deyirik (Yəni Allah izin verərsə, Allah istəyərsə). Yaxud bəzən “Allah istəsə, sabah olarsa” kimi ifadələr də işlədirik.

Bəziləri deyir ki,” Allah izin verərəsə” demək kifayətdir. Çünki bu ifadə bizim halımıza şamildir. “Sabah olarsa” əlavəsinə ehtiyac yoxdur. Çünki hər zaman Allahın sabahı, yeni günü vardır.

Lakin onların “Sabah olarsa- əlavəsinə ehtiyac yoxdur” ifadəsi heç də Quran məntiqi ilə uyğun gəlmir. Çünki sabahın gəlməsi özü də Allahın iradəsinə bağlıdır.

Əgər onların dediyi kimi “İnşaallah” kəlməsini yalnız öz işmizə aid edib, sabah onsuz da gələcək fikrinə sahib olsaq, bu o deməkdir ki, yəni “mən bilirəm Allahın iradəsi budur ki, sabah olacaq” deməyə bənzəyir.

Bir bəndə olaraq bucür demək bizim cəsarətimizdə, bizim ləyaqətimizdə deyildir. Hətta Mütəal Allah öz bəndələrinə bu ədəbi öyrətmək üçün bu barədə peyğəmbərinə (s) belə vəhy edib. Beləki bir nəfər Allah Rəsulundan (s) bir şey barədə sual soruşur.

Cavab vəhyə bağlı olduğu üçün peyğəmbər (s) “sualına sabah cavab verərəm” deyir. İnşəallah kəlməsini işlətmir. Bu səbəbdə ilahi vəhy 40 gün gecikir. Peyğəmbər (s) çox narahat olur.

Sonra vəhy nazil olur: ““Və heç bir şey barəsində: 'Mən onu sabah edəcəyəm!' – demə!

Ancaq: 'İnşallah deyəcəyəm!' – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada sal...”” (Kəhf-23-24)

Bu 40 gün o Həzrət (s) üçün elə ağır keçmişdi ki, heç mübarək ömründə belə ağır günü olmamışdı. Təbii ki, Allahın peyğəmbərləri bir an belə qəflətdə olmaz. Onların bütün rəftar və davranışları Allah üçündür. O Həzrət (s) bu məsələdə ona görə qəflətdə oldu ki, “İnşaallah” deyilsin (yəni bizim üçün bu ayə nazil olsun!)

Bəziləri elə düşünür ki, müsəlmanlar nə edəcəklərini bilmirlər, onlar tərəddüd içindədirlər. Bu kimi sözləri (İnşəallah, Allah izin versə, Allah möhlət versə) tərəddüd əlaməti hesab edirlər. Hətta düşünürlər ki, müsəlmanlar bir işi görüb, görməyəcəklərində qəti deyirlər. Nə edəcəklərini bilmirlər.

Xeyr! Bu tərəddüd əlaməti deyildir. Bu tovhid (təkallahlılığ) əlamətidir!

Yəni bütün işlər Allahın iradəsinə bağlıdır. Tam müstəqil deyildir. Aləmdə heç bir şey Allahın istəyi olmadan mövcud ola bilməz. Bu o demək deyil ki, hadisələr icbaridir (məcuridir). Biz yəqin (dəqiq) bilirik ki, Allahın iradəsində tərəddüd yoxdur.

Allah Təalanın bütün varlıq aləmi, bütün işləri nə tam müstəqil, nə də tam məcburiyyət üzrə deyil. Əksinə bunların ikisi arasındadır ki, bunu idrak etmək çox çətindir. Bu işlər istər təkvini (aləm) olsun, istərsə də təşri (isan) olsun.

(Məcmue asar. 26. Səh 614-615)



(İslaminSesi)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031