İlahi imtahan nədir? - Onun hikmət və fəlsəfəsi nədən ibarətdir?
İnsan övladı dünyaya göz açandan daima zəhmətdə, əziyyətdədir. Çünki bu dünyanın, yaşamın tələbidir. İnsan yaşamaq üçün çarpışır. Elə isə həyat, yaşamaq nə üçündür?
Qurani Kərim bu mövzuya toxunaraq buyurur: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.” (Mülk-2) Ayədən ilkin görünən budur ki, bütün həyatın və ölümün arxasında duran gizlilik sınaq və imtahandır. İnsan sınaq və imtahan vermək üçün gəlib bu dünyaya. Bu imtahanın səbəbi, hədəfi və yetişəcəyi son zirvə isə Allahı tanımaq və Onu yenilməz qüvvət sahibi bilməkdir. Böyük İslam alimi Ayətullah Xamenei xütbələrinin birində insanın imtahanı və bu imtahanın səbəb və nəticəsinə toxunaraq buyurub: “İlahi imtahan buna görə deyil ki, Allah Təala bizi tanısın. Bizim hansı həddə, hansı səviyyədə olduğumuz bilsin. İlahi imtahanın həqiqətdə məqsədə doğru atılan bir addımdır. (Özü bir məqsəddir, bir hədəfə xidmət edir) Sizin və mənim imtahan olmağımın mənası budur ki, əgər biz imtahanın çətinlik və şiddətinin öhdəsindən gələ bilsək, bizim üçün yeni mərhələ, yeni həyat, yeni vəziyyət ortaya çıxacaq!” Həm Quran ayəsi və hədislərdən, həm də alimlərin buyurduqlarından aydın olur ki, imsanın dünyaya gəlişində məqsəd imtahan, hədəfi isə Allaha bəndə olmaqdır. Qarşımıza cıxan bu imtahanlar isə üzümüzə yeni qapılar, yeni mərhələlər açaraq bizi hədəfə doğru götürən vasitədir. Oxşar xəbərlər
|