Müsəlman öldükdən sonra olan vaciblər
Mьəllif: admin1
Tarix: 27-05-2018, 23:09
Müsəlman öldükdən sonra olan vaciblər
Müsəlman öldükdən sonra bir neçə vacib əməl (başqalarının) boynuna gəlir: 1. Qüsl. 2. Hənut. 3. Kəfən. 4. Namaz. 5. Dəfn.

İslam baxımından müsəlmanın ölüsü onun dirisi kimi ehtirama malikdir. Onun ehtiramı və dəyərləndirilməsi (qüsl, kəfən, dəfn və bu kimi) məxsus əməllər şəklində həyata keçirilir ki, bu əməllər islam şəriətində bütün müsəlmanlara vacibdir.

Müsəlman meyitinin qüsl, kəfən, namaz və dəfni kifayi vacibdir, yəni hər bir müsəlmana vacibdir, lakin bəziləri (kifayət qədər şəxslər) onu yerinə yetirdikdə başqalarının boynundan götürülür, amma heç kim yerinə yetirməsə hamı günahkardır.

Əgər meyitin qüslü, kəfəni, namazı yaxud dəfninin səhv yerinə yetirildiyi məlum olarsa, yenidən yerinə yetirilməsi vacibdir, amma onun batil olduğuna güman ya şəkk etməklə yeniləməyə ehtiyac yoxdur.

Meyitin qüsl, kəfən, namaz və dəfni üçün gərək onun vəlisindən icazə alınsın. Meyitin atası, anası, övladları və bu tərtiblə irs təbəqələrində olan qohumları onun vəlisi sayılır. Meyit qadındırsa onun əri başqalarına müqəddəmdir.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930