Ramazan ayında nəfsimizi necə tərbiyə edək? – Ariflərin tövsiyələri
Mьəllif: admin1
Tarix: 7-04-2024, 10:36
Ramazan ayında nəfsimizi necə tərbiyə edək? – Ariflərin tövsiyələri
Ramazan ayı hər il mübarək qədəmləri ilə təşrif buyurur və sonra, çox təəssüf ki, bizi tərk edir. İnsanların bəzi hissəsi oruc dedikdə ancaq yemək və içməkdən çəkinməyi başa düşür. Halbuki Ramazan ayının əsil hədəfi – nəfsi tərbiyə etməkdir.

Həqiqi oruc tutan olmaq istəyiriksə, gərək bu aya qarşı lazımlı mərifət və elmimiz olsun. Ondan necə faydalana biləcəyimizi bilməliyik. Ona görə də ariflərin bu haqda buyurduqlarına nəzər salaq

Rəhmətlik İmam (r) buyurur: “Bu qonaqlığa daxil olmuşuq, yoxsa yox? Bu ziyafətin şərti – hər bir şeyi tərk etməkdir. Yeməyi, içməyi, şəhvəti tərk etmək kimi. Allah bizi bu ziyafətə dəvət edən zaman buyurur ki, bu ziyafət – tərk etmək ziyafətidir.

Nəfsani istəkləri tərk etməkdir, özünü tərk etməkdir, minnətləri tərk etməkdir – bütün bunların hamısı bu ziyafətdə olacaqdır. Ona görə də bu ziyafətə girməzdən əvvəl gərək dəqiq qərar verək ki, ora daxil ola bilərik, yoxsa yox? Bizə bu ziyafətə yol vardırmı, yoxsa yox? Ondan istifadələr edə bilərik, yoxsa yox?

Əlbəttə bizim kimilərin hesabı Kərami katibinlərdədir. Ancaq mən siz ağalara və hər kim ki, mənim bu sözlərimi eşidir, demək istəyirəm ki, bu ziyafətə getmisinizmi? Şəhvətə, xüsusilə mənəvi şəhvətə göz yummusunuzmu? Yoxsa mənim kimisiniz?”.

Ali dini Rəhbər buyurur: “Özünü tərbiyə etmək – Ramazan ayının ən böyük dərsidir. Bu xütbədə əzizlərim üçün demək istəyirəm ki, Ramazan ayının ən böyük dərsi – nəfsi tərbiyə etməkdir. Nəfsi tərbiyə etməyin ən mühüm addımı isə odur ki, özünə, əxlaqına, rəftarına tənqidi gözlə baxasan.

Eyblərini görəsən və onlara diqqət edəsən. Onları aradan qaldırmaq üçün səy göstərəsən. Bunu biz bacararıq. Bu vəzifə bizim boynumuzdadır”.

Ayətullah Cavadi: “Ramazan ayı – insanların azad olduqları aydır. Mübarək Ramazan ayı – İlahi ziyafət ayıdır ki, insan bu ayda Allahın qonağıdır. Ruhumuz – İlahi kəlamlardandır. Quran da İlahi kəlamlardandır.

Hər nə qədər bacarsanız, bu kitabın qonağı olun. Bu kitabdan bəhrələnin, oxuyun və yuxarı qalxın. Özünüzü ucuz qiymətə satmayın. Mübarək Ramazan ayında insan gərək bu kitabın qonağı olsun”.

Ayətullah Misbah: “Oruc ancaq Allah üçündür. Heç bir ibadət oruc kimi insanı pak və təmiz etməz. Hədislərin birində oxuyuruq: “Allah buyurur: “Oruc – Mənim üçündür””. Buyurmur ki, namaz Mənim üçündür.

Həmçinin buyurur ki, yer üzərində olan Kəbə evi – Mənim üçündür. Aylar içərisində Ramazan ayı Mənim üçündür. İbadətlər içərisində də buyurur ki, oruc Mənim üçündür. Namaz sizin üçündür, həcc cəmiyyət üçündür. Ancaq oruc Mənim üçündür.

Ola bilsin ki, onun sirri bundadır ki, heç bir ibadət insanı oruc kimi dünyadan uzaqlaşdırmır. Oruc insanı paklayar və zinətləndirər. Ayaqlarında olan daşı götürür və qanadlarını açır ki, uça bilsin. Heç bir ibadət insan üçün bu halı yaratmır. O kəslər ki, orucun ədəbinə düzgün əməl edərlər, bu ibadət sayəsində ruhları yüngülləşər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930