Peyğəmbərimizin (s) qardaşları kimlərdir?
Səhabələr Peyğəmbərin (s) xidmətində olanda, o Həzrətdən (s) soruşurlar: “Biz sizin qardaşlarınızıqmı?”.
Həzrət (s) buyurur: “Xeyr, siz mənim səhabələrimsiniz. Ancaq mənim qardaşlarım o kəslərdir ki, məndən sonra gələrlər və mənə iman gətirərlər. Halbuki, məni görməyiblər. Onların hər bir fərdinin saleh əməlinə, sizin saleh əməlin 50 bərabəri mükafat veriləcəkdir”. Səhabələr soruşdular: “Özlərindən 50 nəfərin?”. Həzrət (s) buyurdu: “Xeyr, sizlərdən 50 nəfərin”. Onlar bu sualı Həzrətə (s) üç dəfə verdilər və Həzrət (s) üçündə də eyni cavabı verdi. Sonra 50 bərabər mükafatın səbəbi barəsində buyurdu: “Bu, ona görədir ki, siz elə şəraitdə qərar tutmusunuz ki, bu şərait sizə xeyir işlərdə yardım edir. Peyğəmbərin (s) olması, İmam Əli (ə), vəhyin nazil olması kimi”. /Deyerler.org/ Oxşar xəbərlər
|