Bu yerlərdə qüsl və dəstəmaz əvəzinə təyəmmüm etmək lazımdır
1. Su tədarükü mümkün olmadıqda: Ya su olmadıqda və ya suya əl çatmadıqda təyəmmüm etmək lazımdır, məsələn, quyuda su var, lakin onu çıxarmaq (çəkmək) üçün lazım olan əşya və cihaz yoxdur.
2. Su onun salamatlığına (canına ya bədəninə) zərər etdikdə. 3. Suyu dəstəmaz üçün istifadə edərsə, özü ya yaxınları və ya canını qorumaq ona vacib olan bir şəxsin təşnə qalması təhlükəsi olduqda. 4. İxtiyarında olan su təkcə namaz üçün bədən ya libasını paklamaq miqdarında olduqda. 5. Su ya su qabını işlətmək haram olduqda, məsələn, qəsbi olarsa. 6. Namazın vaxtı dar olduqda, belə ki, əgər dəstəmaz alarsa ya qüsl edərsə namazın bir hissəsi vaxtdan xaric olacaq. Əgər bir şəxsə dəstəmaz və qüsl zərər edərsə və ya çox çətin olarsa, gərək onun əvəzinə təyəmmüm etsin. Bu halda əgər dəstəmaz alıb ya qüsl edərsə səhih deyil. Əgər bir şəxs dəstəmaz və qüsl ona zərər edir deyə (məsələn, xəstələnməyinə səbəb olur) təyəmmüm edə, onunla namaz qıla bilər, lakin əgər o təyəmmümlə namaz qıldıqdan qabaq məlum ola ki, zərər deyil, təyəmmüm batildir və əgər o təyəmmümlə namaz qıldıqdan sonra zərər etməməsini bilə, vacib ehtiyata əsasən gərək dəstəmaz ya qüsl edib və namazını yeniləyə. Gecə yarısında qüsl etmək çətin ya cavanlar üçün ayıb sayılması şəri üzr sayılmır və nə qədər ki, qüsl hərəcli (çox çətin) ya mükəlləf üçün zərərli deyil, hər hansı mümkün bir şəkildə qüsl etmək vacibdir. Hərəc və zərər halında təyəmmüm etməlidir. Əgər bir şəxs cünub ola, bədən və libasını yumaq və ya libasını dəyişmək miqdarında vaxt olmaya və hava soyuq olduğu üçün də namazını lüt qıla (xüsusi şərtlərlə) bilməyə, gərək namazını qüsl əvəzinə təyəmmümlə və (əynindəki) nəcis libasla qılsın. Bu namaz kifayətdir və qəzası da yoxdur. Əgər bir şəxs qüsl edib namaz qılarsa namazının hamısı ya bir hissəsinin vaxt daxilindən çıxmasından qorxa, gərək təyəmmüm edib namaz qılsın. Əgər bir şəxsdən yuxu halında bir rütubət xaric ola, oyandıqdan sonra yadına bir şey gəlməyə və libasını yaş görə, möhtəlim olmasını bilərsə cünubdur və gərək qüsl etsin. Vaxt dar ol-duqda bədənini paklayıb və qüsl əvəzinə təyəmmüm edib namaz qılsın və sonradan (başqa namazlar üçün) qüsl etsin. Amma əgər bilməyə (və möhtəlim olmağında şəkk edə), cünub hökmündə deyil. Ziyarət kimi təharət şərt olmayan əməllər niyyətilə qüsl əvəzinə edilən təyəmmüm işkallıdır, amma qüsl mümkün olmadığı təqdirdə rəca qəsdi (savab ümidi) ilə təyəmmüm etməyin işkalı yoxdur. Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır. Ahlibeyt.ge Oxşar xəbərlər
|