Ulul-əzm peyğəmbərlər neçə nəfərdir?
Mьəllif: admin1
Tarix: 5-06-2023, 12:07
Ulul-əzm peyğəmbərlər neçə nəfərdir?
Ulul-əzm sözü Quranda 1 dəfə işlənmişdir.

"Buna görə də Allahın elçilərindən möhkəm əzm sahibləri (dörd şəriət sahibi – Nuh, İbrahim, Musa və İsa) səbir etdikləri kimi səbir et və onlar üçün (onların məhv olmalarına) tələsmə. Onlar vəd edilən şeyi (Məhşər səhnəsində hazır olmağı) görən gün (öz fikirlərində belə güman edərlər ki, dünyada və ya Bərzəx aləmində) sanki günün yalnız bir saatını dayanıblar. (Bu məsələ və ya bu kitab) bir bildirişdir”. ("Əhqaf” 35).

Ulul-əzm dedikdə, iradə və əzm sahibləri nəzərdə tutulur. Onlar işlərində ciddidirlər. Səbir əhlidirlər. Məşhur təfsir ustaları bu ayəyə söykənərək, Ulul-əzm peyğəmbərləri haqqında iki nəzər veriblər:

1. Bütün peyğəmbərlər Ulul-əzmdirlər. Çünki hər biri dinini təbliq etmək üçün güclü iradəyə və əzmə malik olublar. İbni Abbas və Cəbayi bu fikri təsdiq edənlərdəndirlər.

2. Bəzi peyğəmbərlər Ulul-əzmdir. Lakin bu dəstə təfsirçilərin arasında da rəqəm ayrılığı vardır. Bəziləri deyir ki, bu peyğəmbərlərin sayı beşdir (Nuh (ə), İbrahim (ə) , Musa (ə), İsa (ə) və Muhəmməd (s)). Lakin bəzisinin nəzərinə görə isə 18-dir. Bu dediklərini "Ənam” surəsinin 83-84-cü ayələrinə istinad verirlər. Cabir inbi Abdullah isə deyir ki, onlar 313 nəfərdirlər.

Şeyx Tusinin nəzərinə görə də Ulul-əzm bütün peyğəmbərlərə şamil olunur. Çünki onların hamısı yeni şəriət gətirmiş və əvvəlki peyğəmbərlərin dinini nəsx etmişdir.

Ancaq daha üstün nəzər budur ki, Ulul-əzm peyğəmbərlər beş nəfərdirlər. Bunlar – Həzrət Nuh (ə), Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsa (ə) və Həzrət Muhəmməd (s).

Belə ki, İmam Sadiq (ə) buyurur: "Böyük peyğəmbərlər beş nəfərdir və onlar Ulul-əzmdirlər ki, xilqətin mehvəridirlər. Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Muhəmməd (s) Allahın salamı olsun onlara, ailələrinə və bütün peyğəmbərlərə!”.

İmam Sadiqdən (ə) soruşurlar ki, onları niyə belə adlandırırlar? Həzrət Sadiq (ə) buyurur: "Çünki onların hər biri əvvəlki peyğəmbərin şəriətini kənara çəkmək qəsdi ilə məbus olublar. Ona görə də onlara Ulul-əzm, yəni qərar sahibləri deyirlər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930