Aclıq və susuzluq ayı olan Ramazana niyə bərəkət ayı deyilir?
Ramazan ayına Allahın bərəkət dolu ayı deyilir. Təbii ki, zamanın sahibi Allahdır və bütün aylar, günlər Allah yanında eynidir. Sadəcə qeyd olunan zaman kəsiyinə dəyər qazandıran, o zamanda baş verənlərdir.
Ramazan ayına ayların ən xeyirlisi, bərəkətlisi deyilir. Çünki bu ayda1000 aydan xeyirli bir gecə vardır, bu ayda müqəddəs Quran nazıl olub, ramazan ayında insanlar oruc olaraq daim ibadət halındadırlar. Bu da o deməkdir ki, ramazan ayı Quranla birgə olanlar və oruc olanlar üçün Allahın bərəkət ayıdır. Ramazan ayı ona görə bərəkətli aydır ki, oruc olan insan daim ibadət halındadır, yuxusu , hətta çəkdiyi nəfəsi belə zikr yazılır. İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisdə deyilir: “Oruc şəxsin yuxusu ibadət, susmağı zikr, əməli məqbul, duası müstəcəbdir (qəbul).” (Səduq:Səvabul-əmal 87) Bütün bu qeyd olunanlara diqqət etdikdə həqiqətən bir mömin bəndə üçün belə bir zamandan xeyirli, bərəkətli bir zaman ola bilməz. Təbii ki, insanların baxışı müxtəlifdir. Kimisi bərəkət anlayışını yalnız qarın toxluğunda və tamahın azadlığında görür. Kimisi isə bu bərəkəti ilahi göstərişlərə uyğun yaşayıb, bu yaşamından əldə etiyi mənəvi şirinlik və mükafatın feyzində görür. Bu səbəbdən ramazan ayı kimlər üçünsə aclıq, kimlər üçünsə bərəkət dolu bir aydır. Oxşar xəbərlər
|