Ramazan ayının gecələrini qənimət bilək
Mьəllif: admin1
Tarix: 1-05-2021, 00:09
Ramazan ayının gecələrini qənimət bilək
Qədr gecələrinin əhyaları – elə bir gecələrdir ki, başqa gecələr arasından seçilmiş və fəzilətli hesab olunmuşdur. Çünki bu mübarək gecələrin birində Quran nazil olmuş və həmin gecəni mübarək etmişdir.

Əgər Quran ayələrinə nəzər salsaq, görərik ki, Allah gecə ibadətlərinə daha çox əhəmiyyət verir. Çünki çox az insan öz rahatlığını pozub, gecələrini Allahı ilə münacat edər. Bu elə tövfiqdir ki, hər kəsə nəsib olmur. Ancaq bu tövfiqi biz özümüz Allahdan istəyib, yerinə yetirə bilərik.

Alimlər buyurur: “Əgər hər gecənin qədrini bilsən, hər gecə sənin üçün Qədr gecəsi olar. Əgər qədrini bilməsən, Qədr gecəsi də dəyərsiz olar”.

Əgər bir şeyin qədrini bilsək, ona söykənərik ki, bu, çox mühüm məsələdir.

Həzrət Peyğəmbər (s) bu ayın fəziləti barəsində buyurur: “Nəfəslərinizin “Sübhənallah” savabı vardır. Yuxularınız ibadət hesab olunur. Əməlləriniz tez qəbul olur. Dualarınız yerinə yetir”.

Həzrət (s) buyurur: “Əllərinizi dua üçün qaldırın, bu an – o andır ki, dualarınız yerinə yetər”.

Qüdsi hədisdə oxuyuruq ki, onlar ki, Allahladırlar, gecə gəlib xəlvət edərlər. O kəs ki, Allahı sevdiyini iddia edər, o, düzünü demir. Çünki gecələri rahat yatır, ancaq sübh namazında Allahı yada salır.

Gecə yatmağın heç bir iradı yoxdur. Ancaq yaxşı olar ki, onun bir hissəsini Allahla xəlvət üçün ayırsın və ibadət etsin.

İmam Həsən Əsgəri (ə) buyurur: “Allah Təalaya çatmağın yolu – elə səfərdədir ki, o səfərdə ancaq gecə miniyi ilə hərəkət etmək olar. Allah gecələri İlahi seyr və suluk üçün qərar vermişdir”.

“(Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər. Etdikləri işlərin mükafatı olaraq, onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!”. (“Səcdə” 16-17).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031