Münafiqi ayırd etmək üçün Qurani-Kərimin 12 tanıtımı
“Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır”. (“Bəqərə” 10).
Münafiq o kəsdir ki, nifaq yayır və insanlara həqiqi simasını göstərmir. Özünü müsəlman kimi göstərsə də, qəlbində münafiqdir və din-imanla heç bir əlaqəsi yoxdur. Sadəcə başqalarının xoşuna gəlməsi üçün yalnız dildə müsəlman olduğunu bəyan edər. Quran münafiqin 12 xəbis sifətini bizlərə tanıtmışdır ki, onlarla tanış olaq: 1. Aldatmaq və fırıldaq. “Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər”. (“Bəqərə” 9). 2. İkiüzlü olmaq. “Onlar iman gətirənlərlə görüşdükləri zaman «iman gətirdik» deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətəçəkildikləri zaman isə «şübhəsiz, biz sizinləyik, biz (özümüzü iman gətirmiş kimi göstərməklə onları) yalnız ələ salırıq» deyərlər”. (“Bəqərə” 14). 3. Yalan danışmaq. “Münafiqlər sənin yanına gəldikdə deyərlər: «Şəhadət veririk ki, həqiqətən, sən Allahın Rəsulusan». Allah bilirki, sən Onun Rəsulusan və həm də Allah şəhadət verir ki, həqiqətən, münafiqlər yalançılardır (və öz əqidələrının əksinə olaraq şəhadətverirlər)”. (“Munafiqun” 1). 4. Kobud dilli olmaq. “Onlar sizə qarşı xəsisdirlər (sizə kömək etməkdən və sizin məqsədiniz uğrunda mal sərf etməkdən çəkinərlər) və elə ki, hər hansı bir qorxu üz verər, onların ölüm halında bihuş olmuş (bayılmış) adam kimi (qorxudan) gözlərinin hədəqəsində dolanaraq sənə tərəf baxdıqlarını görərsən. Elə ki, qorxu aradan gedər, sizi acı və iti dilləri ilə sancarlar”. (“Əhzab” 19). 5. İbadətdə riyakar olmaq. “Onlar namaza durarkən (yerlərindən) süst qalxır, camaatla (ünsiyyətdə olarkən) riyakarlıq edir və Allahı çox az yada salırlar”. (“Nisa” 142). 6. Xeyir işlərə qarşı laqeyd olmaq. “Onların sədəqələrinin qəbul olunmasına Allaha və Onun Peyğəmbərinə kafir olmalarından başqa bir şey mane olmadı. Onlar namazı yalnız tənbəlcəsinə qılarlar və yalnız narazılıqla sədəqə verərlər”. (“Tövbə” 54). 7. Zahiri bəzənmişdir. “Onları gördükdə (yaraşıqlı) cüssələri (boy-buxunları) səni heyrətləndirir və (elə yağlı dilləri var ki,)danışdıqları zaman sözlərinə qulaq asırsan, (amma imansız və mənəviyyatsız olduqları üçün) elə bil ki, dayaq verilmiş kötüklərdir!”. (“Munafiqun” 4). 8. İslah örtüyü altında fəsad törədər. “Onlara «yer üzündə fəsad törətməyin» deyildikdə, «biz yalnız islah edənlərik» deyərlər”.(“Bəqərə” 11). 9. Münkərləri təşviq edər. “Münafiq kişilərlə münafiq qadınların bəziləri bəzilərindəndirlər (etiqad və əməldə bir-birləri iləbağlıdırlar). Pis işlər görməyi əmr edərlər, yaxşı işləri qadağan edərlər və öz əllərini (mallarını haqq yolunda xəcləməyə) bağlayarlar”. (“Tövbə” 67). 10. Şayiə yayar. “Əgər onlara əmin-amanlıq və ya qorxu (müsəlmanların qələbəsi və ya məğlubiyyətinin səbəbi) barəsində birxəbər çatsa, (araşdırmadan) onu yayarlar, halbuki əgər onu Allahın Peyğəmbərinə və özlərinin ixtiyar sahiblərinə həvalə etsəydilər,şübhəsiz onlardan araşdırma əhli olanlar onun həqiqətini dərk edərdilər (və bir çarə yolu tapardılar). Əgər Allah sizə lütf və mərhəmət göstərməsəydi, şübhəsiz ki, az bir qisminizi çıxmaqla, hamınız şeytana tabe olardınız”. (“Nisa” 83). 11. Hədəfsiz insanlardır. “Onlar bu arada (möminlərlə kafirlər arasında, qəlb və ya əməldə) tərəddüddədirlər, nə (birdəfəlik) bunların tərəfindədirlər və nə də (birdəfəlik) onların. Allahın azğınlıqda boşladığı kəs üçün əsla bir yol tapa bilməzsən” (“Nisa” 143). 12. Kafirlə dostluq edər. “Həmin o kəsləri ki, möminlərin yerinə kafirləri özlərinə başçı, köməkçi və dost tuturlar. (Münafiqlər) izzət və əzəməti onların (kafirlərin) yanında axtarırlar?”. (“Nisa” 139). /Deyerler.org/ Oxşar xəbərlər
|