Mərcəiyyətdən "Beynəlxalq Qüds günü" çağırışı
Mьəllif: admin1
Tarix: 28-04-2022, 13:18
Mərcəiyyətdən "Beynəlxalq Qüds günü" çağırışı
İranın Qum İslam elmləri hövzəsinin mərcəyi-təqlid alimləri Ayətullah Məkarim Şirazi, Ayətullah Nuri Həmədani.

Ayətullah Cəfər Sübhani, Ayətullah Muhəmməd Əli Ələvi Qorqani Beynəlxalq Qüds günü yürüşlərinə izdihamlı iştirakın olması üçün müraciət ediblər.

Ayətullah Məkarim Şirazi Qüds gününü anmağın əhəmiyyətinə toxunaraq, İran İslam Respublikasının banisi İmam Xomeyninin Ramazan ayının sonuncu cüməsini Beynəlxalq Qüds günü elan etməsinin çox mühüm bir təşəbbüs olduğunu bildirib.

Ayətullah Nuri Həmədani də builki Beynəlxalq Qüds günü məsələsinə hər zamankından daha həssas olmağın əhəmiyyətini çatdırıb:

“Qlobal imperializm Fələstinin bölünməsini hədəfləyir və sionist rejimin mövqeyini möhkəmləndirməyi hədəfləyir, buna görə bugünkü yürüşlər daha güclü və daha universal olmalıdır”.

Ayətullah Cəfər Sübhani isə Qüdsün və Əl-Əqsa məscidinin müsəlmanların ilk qibləsi olduğunu bildirərək deyib ki, sionistlər buranı öz hökmranlıqlarına keçirmək istəyir, ancaq müsəlmanlar buna icazə verməməlidir.

Ayətullah Ələvi Qorqani də yaydığı mesajda, Qüds günü vasitəsiylə müsəlmanların və dünyanın hürr insanlarının Fələstin xalqına dəstəklərini hayqırmalarını istəyib.

Bu arada, İranın əhli sünnət alimləri və mütəfəkkirlərindən 337 nəfər yaydıqları birgə bəyanatla İslam ümməti və dünya azadələrindən Beynəlxalq Qüds günü vasitəsiylə İsrail rejimi qarşısında zülm altında olan Fələstin xalqına dəstək vermələri üçün müraciət ediblər.

Qeyd edək ki, dünya müsəlmanlarının Fələstin və Qüds məsələsinə daha çox diqqət etmələri üçün Ramazan ayının sonuncu cüməsi Dünya Qüds günü olaraq elan edilib.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031