Bu adam niyə oruc tutmur?
Abdullah Nişapuri nəql edir: “Mən Tusun əmiri Həmid ibni Qəhətəbə ilə dost idim. Ramazan ayında Tusa səfər etdim və Qədr gecələrinin birində o məni öz evinə qonaq çağırdı.
Hava hələ qaralmamışdı. Mənim üçün böyük bir süfrə açmışdı və məni görən kimi süfrəyə əyləşdirdi. Mən dedim ki, mən nə xəstəyəm, nə də müsafir. Orucumu niyə batil edim ki? Ondan soruşdum ki, bəs sən niyə oruc tutmursan? Ağlamağa başladı və dedi: "O zaman ki, Harun ər-Rəşid Tusda idi, bir gecə məni yanına çağırdı. Onu qəzəbli halda gördüm. O, qılıncını qınından çıxartmışdı. Mənə dedi: “Sən mənə nə qədər itaət edirsən?”. Dedim: “Nəfsim və malımla səni himayə edirəm”. Məni azad etdi. Hələ bayıra çıxmamışdım ki, məni yenə çağırdı. Yenə həmin qəzəbli halda həmin sualını təkrar etdi. Mən dedim: “Mən canımla, malımla, övladımla səni himayə edirəm”. Sonra mənə getmək üçün icazə verdi. O zaman ki, evimə çatdım, nökərini göndərdi. O, mənə dedi: “Xəlifə səni yenə çağırır”. Üçüncü dəfə onun sarayına getdim və üçüncü dəfə mənə həmin sualı verdi. Mən də onu rahatlatmaq üçün dedim ki, mən sənimalımla, canımla, övladımla, dinimlə himayə edirəm. Bunu deyən kimi güldü və mənə dedi: “Bu qılıncı al və bu nökərin ardınca get. Sənə hər nəyi əmr etsə, bil ki, mənim əmrimdir”. Nökər məni qaranlıq bir zindana apardı ki, orada 20 nəfərə yaxın seyyid həbs olnumuşdu. Saçlarının uzun olmasından aydın idi ki, burada uzun zaman keçirtmişdilər. Nökər üzünü mənə çevirdi və dedi: “Əmirin əmri budur ki, bu 20 nəfərin hamısının başını vurasan”. Mən də əmrə itaət etdim və hər birinin başını kəsib, bədənlərini quyuya atdım. Sonra başqa bir zindana getdim ki, orada da 20 nəfər seyyid həbs edilmişdi. Onların hamısı arıq və əldən düşmüşdülər. Nökər üzünü mənə çevirdi və dedi: “Əmirin əmri budur ki, onların da başını kəsəsən”. İtaət etdim və başlarını bir-bir kəsdim. Sonra məni üçüncü zindana apardı və orada da 20 nəfər seyyid var idi. Onları öldürmək üçün də vəzifələndirildim. Axırıncı kişi qoca idi və saçları da çox uzanmışdı. Onu öldürmək istəyəndə mənə dedi: “Ölüm sənəolsun, ey qara üzlü! Qiyamətin sabahısı günü cəddim Əlinin (ə) və anam Fatimənin (s.ə) cavabını necə verəcəksən?!”. Bədənim titrədi, ancaq onu da öldürdüm... İndi sən de görüm, namazın, orucun mənim halıma faydası vardırmı?!”". Yəni, bu zalımın etdikləri cinayətlər azmış kimi, hələ üstəlik Allahın rəhmətinə də naümid olmaqla, günahlarını qat-qat artırdı... /Deyerler.org/ Oxşar xəbərlər
|