Möminə iftar vermək – bir illik günahların kəffarəsidir
Mьəllif: admin1
Tarix: 21-03-2024, 21:39
Möminə iftar vermək – bir illik günahların kəffarəsidir
Mübarək Ramazan ayının biz müsəlmanlar üçün sünnət qoyduğu əməllərdən biri də iftar süfrələri verməkdir. Bu, elə əməldir ki, həm xəlqin və həm də Xaliqin razılığını qazanır.

İmam Sadiq (ə) buyurur: “Hər kim 1 möminə iftar verər – bir illik günahlarının kəffarəsi hesab olunar. Hər kim 2 möminə iftar verərsə - Allahın öhdəsindədir ki, onu behiştə daxil etsin”.

Bu iftar süfrələri həm yoxsul qohumların, yoxsul mömin qardaş və bacıların sevinməsinə səbəb olar, həm də qohumluq, qardaşlıq bağlarını möhkəmləndirər.

Ancaq hər bir əməldə olduğu kimi, iftar süfrəsi açmaqda da niyyət xalis olmalıdır. Özünü başqalarına nümayiş etdirmək qəsdi daşımamalıdır.

Çalışmaq lazımdır ki, imkanı olmayan insanlara daha çox diqqət edilsin və onlar bu iftar süfrələrinin qonağı olsunlar.

Əlbəttə, iftar süfrəsi verən insanın halal ruzi ilə bu süfrəni açması da şərtdir. Əks halda bu əməl qəbul olunmaz və ondan istifadə edənlər isə haram tikə ilə qidalanmış olarlar.

Əmirəl-möminin (ə) Osman ibni Hənifə yazdığı məktubda buyurur: “Ey Hənifin oğlu! Mənə xəbər çatmışdır ki, Bəsrə cavanları səni dəvət etmişdilər və sən də qəbul etmisən. Sənin üçün rəngarəng yeməklər gətirmiş və sənin üçün qədəhlər düzmüşdülər. Sən də həriscəsinə onlardan yeyib, sümüklərini dişindən pak etmisən.

Güman etməzdim ki, sən bu cür insanların dəvətini qəbul edəsən və yoxsulların məhrum olduğu, zənginlərin iştirak etdiyi o məclisdə əyləşəsən. Bax gör bu dünyanın axırında nə axtarırsan? O şeyin ki, halal olmasından əmin deyilsən – uzağa at və o şeyin ki, halal olduğundan əminsən – istifadə et”.

Ona görə də bu fəzilətli əməli ancaq halal və pak ruzi ilə yerinə yetirmək olar. Yaxşı olar ki, il boyu maddi əziyyət çəkən insanları busüfrəyə dəvət edək və tək hədəfimiz isə Allahı razı salmaq olsun.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031