Həzrət İsanın (ə) xoş halına dediyi şəxslər - Onlardır xoşbəxt olanlar!
İnsan böyük güc və mənəviyyat sahibidir. Onun bu gücü ağlında, iradəsində və əzmindədir. Bu səbəbdən insan varlıq aləminin ən üstünü adlanır.
Çünki onun üstünlüyü ali varlıq olan mələklərdən də günahsız və pak olmasında deyil, tam fərqli, onun iki qütblü olmasındadır. Yəni xeyr və şər arasında mübarızə aparmasında və bu mübarizədən mənəvi güc əldə etməsindədir. İnsan iki həyata sahib olan varlıqdır. Biri onun bədəni, digəri isə bu bədənin sahibi olan “mən”dir ki, illər ötməsinə və bədənin dəyişməsinə baxmayaraq o dəyişmir, sabittdir. Həmişə mən olaraq qalır. Lakin bu dəyişməməzliklə bərabər insan mənəviyyatının məcazi mənada böyüməyə, yüksəlməyə, paklanmağa, görə bilməyə ehtiyacı vardır. Bütü bunlara sahib olduqdan sonra insan, insan olaraq dəyər qazanır. Necəki Hz.Əli (ə) Həzrət İsa peyğəmbərdən (ə) bir hədis nəql edərək xoşbəxtlik və mənəvi ucalıq əldə etmiş bir insan barəsində buyurur: “Xoş o kəslərin halına ki, susmağı təfəkkür, baxışları ibrətlə dolu, günahları üçün ağlayan, evi geniş olan, insanlar onun dilindən və əlindən amanda qalmış olsun.” (Xisali Şeyx Səduq. Cild-1. Səh-29) Həzrət İsa peyğəmbərdən (ə) nəql olunan bu hədisdə ilk öncə insanın öz-özü ilə münsibətinə işarə olunur. Yalnız özündə müəyyən islahatlara nail olmuş insan digərləri ilə ünsiyyətdə və münasibətlərdə əmin və dürüstlük nümunəsi kimi tanına bilər. Bu səbəbdən xoş olsun o kəslərin halına ki özlərini islah edə bilmiş, Allahın hüzurunda insanlıq ləyaqəti əldə edə bilmişlər və bundan sonra digərləri ilə də ləyaqətlə rəftar edə bilmişlər. Oxşar xəbərlər
|